Keçid linkləri

2026, 04 Mart, çərşənbə, Bakı vaxtı 02:59

Yunanıstanda İrana casusluq ittihamı ilə Gürcüstan vətəndaşı azərbaycanlı saxlanıb

"USS Gerald R.Ford" təyyarədaşıyan gəmisi Krit adasındakı Suda buxtasını tərk edir.
"USS Gerald R.Ford" təyyarədaşıyan gəmisi Krit adasındakı Suda buxtasını tərk edir.

Yunanıstanda İranın xeyrinə casusluq ittihamı ilə Gürcüstan vətəndaşı saxlanıb. Onun Krit adasında, NATO bazası yaxınlığında saxlandığı bildirilir.

Yunanıstan kəşfiyyatının saxlanılan etnik azərbaycanlını izlədiyi, əleyhinə birbaşa dəlillərin olduğu xəbər verilir. Onun xüsusi kodlaşdırılmış tətbiq vasitəsilə İrandakı mənbələrlə birbaşa kommunikasiya yaratdığı qeyd olunur. Məlumata görə, saxlanılanın telefonundan Sudadakı bazanın xeyli sayda fotoları aşkarlanıb.

Kritdəki ABŞ hərbi-dəniz bazası Aralıq dənizində Amerika təyyarədaşıyanları üçün strateji əhəmiyyət daşıyır.

Suda körfəzində Yunanıstan, ABŞ və NATO-nun hərbi obyektləri yerləşir. ABŞ-nin " USS Gerald R.Ford" təyyarədaşıyanı Yaxın Şərqə getməzdən öncə yanacaq doldurmaq üçün orada olub.

Saxlanılan şəxsin təyyarədaşıyanın hərəkətini qeydə alıb-almadığı müəyyənləşdirilir.

Ötən yay da eyni yerdə 26 yaşlı azərbaycanlı casusluq şübhəsi ilə saxlanılıb. Onun da gəmilərin hərəkətini izlədiyi iddia olunur. Daha öncə isə Kiprdə 40 yaşlı kişi saxlanmışdı, onun hərbi obyektləri sənədləşdirdiyi, İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəsi olduğu deyilirdi.

"Greek Reporter" yazır ki, Yunanıstan rəsmiləri bu şübhəlilərin İranın başçılıq etdiyi eyni şəbəkəyə daxil olub-olmadığı araşdırılır. Bu gün saxlanan 36 yaşlı şübhəli ötən il 26 yaşlı azərbaycanlının qaldığı otellə əlaqə saxlayıbmış.

XS
SM
MD
LG