Keçid linkləri

Təcili xəbərlər
2023, 06 Dekabr, çərşənbə, Bakı vaxtı 12:44

Yunanıstan İran tankerinin onun limanlarına gəlmədiyini deyir


Kyriakos Mitsotakis
Kyriakos Mitsotakis

Yunanıstanın baş naziri Kyrikos Mitsotakis deyib ki, Tehran və Vaşinqton arasında diplomatik qarşıdurmaya səbəb olmuş İran supertankeri Yunanıstan portlarına gəlmir.

Prezident Emmanuel Macron-la görüş üçün hazırda Parisdə olan Mitsotakis avqustun 22-də France-24 telekanalına deyib ki, supertanker hər hansı yunan portuna yan almaq üçün rica etməyib.

ABŞ keçmiş adı Grace 1 olan Adrian Darya supertankerini diqqətlə izləyir. Hazırda Aralıq dənizində üzən tankerin anbarlarında 130 milyon dollarlıq xam neft var.

Bu gəmi iyulun 4-də Cəbəllütariq sahillərində Britaniya dəniz piyadaları tərəfindən saxlanmışdı. Supertankerin Avropa İttifaqı sanksiyalarını pozaraq Suriyaya neft daşıdığından şübhələr vardı.

Gəmi yerli hakimiyyət orqanlarına Suriyaya getməyəcəyinə dair zəmanət verdikdən sonra avqustun 19-da sərbəst buraxılıb.

Lakin indi ABŞ bu tankerin İran İslam İnqilab Keşikçiləri Korpusu ilə bağlı olduğunu iddia edərək onun həbs edilməsini istəyir.

Dövlət katibi Mike Pompeo deyib ki, Birləşmiş Ştatlar Adrian Darya tankerinin nefti Suriyaya çatdıra bilməməsi üçün əlindən gələni edəcək.

ABŞ İranın İnqilab Keşikçiləri Korpusunu özünün sanksiyalar siyahısına daxil edib.

Pompeo deyib:

“Biz aydın şəkildə bildirmişik ki, bu gəmiyə toxunan, onu dəstəkləyən və sahilə yan almasına yol verən hər bir kəs Birləşmiş Ştatların sanksiyaları ilə üzləşəcək”.

Gəmilərin izlənməsi sisteminin məlumatlarına görə tanker bu həftənin əvvəllərində Yunanıstanın Kalamata limanı səmtində üzürdü.

XS
SM
MD
LG