Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:49

YouTube-da foto, mətn də paylaşa biləcəksiz


YouTube
YouTube

YouTube video platforması sosial şəbəkəyə çevrilə bilər.

«International Business Times» portalının yazdığına görə, platformaya video ilə yanaşı, mətn, foto, səsvermə özəllikləri də artırılacaq.

YouTube-un bu addımı Facebook-un sürətlə böyüyən video xidmətinə cavab kimi dəyərləndirilir.

Video platformanın «Backstage» adlanan yeni xidməti, bir növ, xəbər lenti rolunu oynayacaq. İzləyicilər paylaşımlarla bağlı bildiriş alacaq, bu paylaşımları öz zaman tunellərində görə biləcəklər. Postları digər sosial şəbəkələrə də göndərmək mümkün olacaq.

«Backstage»in paylaşılanları tərs xronoloji sırayla göstərəcəyi deyilir.

Yeniliyin bu ilin sonunadək istifadəyə veriləcəyi gözlənilir.

XS
SM
MD
LG