Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 07:48

Yoluxmada artım davam edir


Dezinfeksiya

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 1359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı noyabrın 27-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 35 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 109813 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 69931 nəfər müalicə olunaraq sağalıb, 1291 nəfər vəfat edib, aktiv xəstə sayı 38591 nəfərdir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 16402, ötən müddət ərzində isə ümumilikdə 1682234 test aparılıb.

Rəsmi qurumların açıqlamasına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Azərbaycanda bu virusa ilk yoluxma halının fevralın 28-də aşkarlandığı açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 400 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG