Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 08:17

Daha bir 'strateji xəritə' açıqlandı


İlham Əliyev

“Azərbaycan maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” ictimaiyyətə açıqlanıb.

59 səhifəlik sənəd ölkə başçısının rəsmi internet saytında yayımlanıb.

Sənəddə qeyd edilir ki, yol xəritəsi postneft iqtisadi inkişaf modelinin dəstəklənməsindən ötrü maliyyə sektoru qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb. Xəritə işlənərkən maliyyə xidmətləri sektorunun çevikliyi, rəqabət qabiliyyətliliyi, innovativliyi və iqtisadi inkişafı dəstəkləməsi prinsipləri nəzərə alınıb.

Buna da bax:​ Azərbaycanı xilas edəcək 'Yol xəritəsi' hanı? [video]

115 milyon manat lazım…

Xəritədə müəyyən edilmiş məqsədlərə çatmaqdan ötrü 2020-ci ilədək 5 strateji hədəf və 16 prioritet nəzərdə tutulur.

Sənəddə müəyyən edilmiş strateji hədəflərə nail olmaqdan ötrü 115 milyon manat investisiya tələb olunur.

Xəritədə birinci strateji hədəf dinamik və sağlam institutlardan ibarət maliyyə sisteminin formalaşdırılmasıdır.

Bu hədəfə yetişməkdən ötrü bank sistemi kapitallaşmalı, likvidlik təmin edilməlidir. Sənəddə bank sektorunun diaqnostikasının aparılması, problemli bankların kapitallaşdırılması üzrə tədbirlər planının hazırlanması, onların restrukturizasiyası üzrə institusional və hüquqi mexanizmlərin yaradılması nəzərdə tutulur.

Buna da bax: «10 il sonra bir barrelə 10-15 dolları yaxşı qiymət sayacağıq»

Milli reytinq agentlikləri...

Bu hədəf çərçivəsində həmçinin, sığorta bazarı inkişaf etdirilməli, maliyyə inklüzivliyi gücləndirilməlidir.

“Maliyyə bazarlarının inkişafı” xəritənin ikinci əsas hədəfidir.

Bu hədəf çərçivəsində emitentlər və maliyyə vasitəçilərindən ötrü əlverişli mühitin yaradılması, investorların maliyyə bazarlarına çıxış imkanlarının artırılması, banklararası pul bazarında aktivliyin artırılması planlaşdırılır.

Üçüncü strateji hədəfdə maliyyə infrastrukturunun gücləndirilməsi nəzərdə tutulur.

Buna da bax:​ 2025-ci ilədək iqtisadiyyatın yol xəritəsi hazırlanır

Kredit məlumatlarının mübadiləsi sisteminin təkmilləşdirilməli, milli reytinq agentliklərinin yaradılması imkanları qiymətləndirilməli, hüquqi çərçivəyə yenidən baxılmalı, məhkəmə qərarları və icrası proseslərinin sürətləndirilməsi həyata keçirilməlidir.

Xəritənin növbəti hədəfi tənzimləmə və nəzarət mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır.

Sonuncu hədəfdə isə maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması nəzərdə tutulur.

Buna da bax: "Nə qədər ki, məmur kapitalizmi var..."

Xatırlatma

Bu günlər «Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi» açıqlanmışdı. Həmin səndə ümumilikdə 12 yol xəritəsindən ibarət idi.

Həmin xəritələrdə neftdən asılı olmadan ölkədə ayrı-ayrı sahələrinin inkişafı qarşıya məqsəd kimi qoyulurdu. Sənəddə vurğulanırdı ki, bu məqsədlərə çatmaqdan ötrü bütünlükdə 27 milyard manata ehtiyac görülür.

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG