Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:49

Gənclər üçün dünyanın ən təhlükəli ölkəsi haradır?


arxiv foto
arxiv foto

The Guardian qəzeti yazır ki, Ümumdünya Səhiyyə Təşkilatının ən son məlumatına görə, şiddət, ölümcül xəstəliklər, yol-nəqliyyat qəzaları inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə gənclərin ölümünün əsas səbəbləridir.

Gənclər üçün dünyanın ən təhlükəli ölkəsi (15-29 yaş arası) Qərbi Afrikanın Sierra Leone şəhəridir. Bu ölkədə 2015-ci ildə hər 150 gəncdən birinin öldüyü ethimal edilir. Sierra Leone hər 100 min nəfərə 671 ölü nisbəti ilə ilk siyahıda gəlir, ikinci yerdə isə 579 nəfərlə müharibə zonası Suriya gəlir.

Buna da bax: Məmur övladlarının törətdiyi qəzalar

Ümumilikdə götürdükdə isə 2000 və 2015-ci illərdə gənclərin ölüm nisbəti 21 faiz azalıb. Özəlliklə, HİV-dən ölüm halları əhəmiyyətli dərəcədə azalıb.

SİYAHIDA AZƏRBAYCANIN DA ADI VAR

ÜST-nın hər 100 min gəncə düşən ölüm sayını hesablayıb. Bu məlumata görə, hər 100 min nəfərə Əfqanıstanda - 319, Rusiyada - 178, Qazaxstanda - 129, Belarusda - 104, İranda - 79, Gürcüstanda - 61, Azərbaycanda - 60, Ermənistanda - 58 nəfər düşür. Siyahıda sonunca yerdə 21 nəfərlə Kipir gəlir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG