Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:08

Saxarov mükafatını yezidi qadınlar aldı


Nadia Murad və Lamiya Aji Bashar
Nadia Murad və Lamiya Aji Bashar

2016-cı il Saxarov mükafatına İraq yezidilərini təmsil edən Nadiya Murad və Lamiyə Aci Başar layiq görüldülər.

Onlar 2014-cü ilin avqustunda İraqın şimal-qərbində “İslam Dövləti” yaraqlıları tərəfindən girov götürülüblər.

Nadiya Murad həmin ilin noyabrında əsirlikdən qaça bilib və 2015-ci ilin dekabrında BMT təhlükəsizlik şurasının iclasında insan alveri ilə bağlı çıxışı olub.

Nadiya Murad 2016-cı ilin oktyabrında insan haqları ilə bağlı Vaslav Havel mükafatına da layiq görülüb.

Lamiyə Aci Bashar isə əsirlikdən 2015-ci ilin aprelində qaçıb, yolda minaya düşərək ciddi xəsarət alıb.

İkisi də yezidilərin, xüsusilə də yaraqlılara əsir düşən qadınların hüquqları uğrunda fəal mübarizə aparıblar.

Namizədlər arasında dövlət sirrini yayma ittihamı ilə ölkəsində təxminın 6 ay həbs cəzasına məhkum edilən jurnalist Can Dündar və Krım tatarlarının lideri və hazırda Ukrayna prezidentinin səlahiyyəti nümayəndəsi Mustafa Cemilevin də adları olub.

Təqdimat mərasimi dekabrda Strasburqda olacaq.

Avropa parlamenti bu mükafatı 1988-ci ildə təsis edib, əsasən insan haqları və əsas azadlıqların müdafiəsi sahəsində göstərilən mübariz işə görə verilir.

Bu Avropa Parlamentinin insan haqlarının müdafiəsi sahəsində ən böyük mükafatı hesab olunur.

Mükafatın dəyəri 50 min avrodur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG