Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:04

İnquşetiyanın keçmiş rəhbəri Rusiya müdafiə nazirinin müavini oldu


Yunus-bek Yevkurov
Yunus-bek Yevkurov

İnquş Respublikasının keçmiş rəhbəri Rusiya müdafiə nazirinin müavini təyin olunub.

Rusiya prezidenti Vladimir Putin iyulun 8-də imzaladığı fərmanla habelə Yunus-Bek Yevkurovun rütbəsini general-mayordan general-leytenanta yüksəldib.

Yevkurov İnquşetiyaya 11 il rəhbərlik etdikdən sonra istefasını ötən ay elan etmişdi.

Onun istefası Çeçenistanla torpaq dəyiş-düyüşü barədə saziş imzalaması ilə bağlı idi.

2018-ci ilin sentyabrında Yevkurov və Çeçenistan rəhbəri Ramzan Kadyrov məxfi danışıqlardan sonra iki region arasında sərhədin dəyişdirilməsinə dair razılaşma imzalamışdılar.

Bunun ardınca inquş fəallar razılaşmanın əleyhinə kütləvi etiraz aksiyaları keçirmişdilər.

Etirazçılar Çeçenistanla ərazi dəyiş-düyüşünü qanunsuz adlandırmışdılar.

Şimali Qafqazın xəritəsi
Şimali Qafqazın xəritəsi

Kadyrov-la bu razılaşmanı imzaladıqdan sonra Yevkurovun İnquşetiyadakı nüfuzu sarsılmışdı.

Ərazi dəyişikliyinin əleyhinə bir neçə aksiya polis tərəfindən zorakılıqla yatırılmışdı.

İnquş fəallar bildirirdilər ki, sözü gedən ərazinin Çeçenistana verilməsi qanunsuzdur.

Onlar habelə Ramzan Kadyrov-u İnquşetiya və Dağıstanın daxili işlərinə qarışmaqda ittiham edirdilər.

XS
SM
MD
LG