Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Noyabr, çərşənbə, Bakı vaxtı 00:47

'Neftin dəyəri 50 dollar həcmində qalsa...'


Ölkə başçısının xanımı Mehriban Əliyevanın birinci vitse-prezident təyinatı, müxalif düşərgəyə olan ittihamlar, ölkədə patent sahəsinə münasibət, neftin dəyərdən düşməsinin manatın məzənnəsinə təsiri bu günkü medianın aparıcı mövzusudur.

“Ümummilli etimadın ünvanı”

“Azərbaycan ” qəzeti “Ümummilli etimadın ünvanı” sərlövhəli məqalədə dövlət başçısı İlham Əliyevin xanımı, bu günlərdə birinci vitse-prezident təyin edilən Mehriban Əliyevanın fəaliyyətini dəyərləndirir.

Ümummilli etimad ünvanı

Mehriban Əliyevaya göstərilən yüksək etimad həm də Azərbaycan xalqının sosial sifarişidir. Zamandan, məkandan və siyasi şəraitdən asılı olmayaraq, bütün dövrlərdə cəmiyyətin mütərəqqi ruhda inkişafı sağlam əqidəli, xalqa, dövlətə layiqli xidməti həyat amalına ...

Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyeva - 21 fevral 2017
Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyeva - 21 fevral 2017

Müəllif M.Əliyevanı cəmiyyətin bütün təbəqlərinin hörmət və rəğbətini qazanan şəxs kimi qiymətləndirir:

“Belə insanlar qısa zamanda cəmiyyətin sayılıb-seçilən şəxsiyyətlərinə çevrilmiş, üzərinə düşən sosial məsuliyyəti düzgün dəyərləndirmiş, xoş məram və məqsədlərlə milyonların rəğbətini qazanmışlar”.

Onun birinci vitse-prezident təyinatna gəlincə, müəllifə görə, bu təyinat ona dövlət idarəçiliyində M.Əliyevaya ölkənin hər bir vətəndşaına

daha layiqli xidmət göstərmək, xalıqn maraq və mənafeyini lazımınca təmsil etmək imkanı verir.

“Vətən xaini”

“Azadlıq.info” saytı “Vətən xaini” sərlövhəli məqalədə tanınmış vəkil Fariz Namazlının düşüncələrinə yer verib.

Müəllif deyir ki, ölkədə müxalif düşüncə sahibi olmaq hakimiyyət tərəfdən

müxtəlif adlarla şərlənmək kimi ittihamlara yol açır:

“Gah “erməni dəyirmanı”na su tökən, gah vətənə xəyanət edən adı qoyurlar”.

Foto: arxiv
Foto: arxiv

Məqalədə deyilir ki, hökumətin yanında olanlar rəsmilərin qanunsuz hərəkətlərindən beynəlxalq qurumlara haqlı şikayətlərə Azərbaycanı əzməyə, hakimiyyətə qarşı sərt tədbir görməyə əsas verən səbəb kimi baxırlar:

“İllərdir ki, hakimiyyət vətəndaşları əzir, halal zəhmətlə qazandıqlarını əllərindən alır, günhasız olduqları halda həbsə atır, işgəncələrə məruz qoyur, rüşvət, korrupsiya baş alıb gedir, büdcə vəsaitləri sağa-sola, mənasız layihələrə xərclənir, bunları da görmürsünüz hökumətə yarınan yaltaqlar?”.

Yazı müəllifi deyir ki, ideya, əqidə uğrunda savaşırlar və yolda geri dönmək yoxdur və bu fərqi belə izah edir:

“ Biz vətənin daşlayırıq, hökümətin deyil, biz xalqa xidmət edirik, hökümətə deyil. Əgər bu xidmətlər vətənə xəyanətdirsə, Nazim Hikmətin dediyi kimi, vətən xainləyirik”.​

“Azərbaycanda patentlər var, ondan fayda yoxdur”

“Exo” qəzetində isə “Azərbaycanda patentlər var, ondan fayda yoxdur” sərlövhəli məqalə diqqət çəkir.

Qravitasiya dalğaları, rəsm
Qravitasiya dalğaları, rəsm

Müəllif məqalənin əvvəlində patentin mahiyyəti haqda danışaraq deyir ki, patent ölkənin iqtisadiyyatının inkişfına müsbət təsir göstərə biləcək hər hansı ixtira və kəşflə bağlı investorlar tapmaq, biznesi inkişaf etdirmək üçün lazımdır.

“Son illər dövlət elmin inkişafına milyonlarla vəsait ayırıb, amma demək olmaz ki, alimlər hansısa kəşfi ediblər və bunu patentləşdiriblər, sadə dillə desək, bu kəşfi satışa çıxararaq bundan gəlir əldə ediblər”. Bunu qəzetə ekspert Nəriman Ağayev bildirir.

Ekspert deyir ki, riyaziyyat, avisasiya sahəsində kəşflər var, amma sahibkarlar onlara vəsait sərf eməyə maraq göstərmirlər.

N.Ağayev deyir ki, toz halında tomat pastası hazırlamaqla bağlı ixtira olsa da, bu, nəzərdən kənarda qaldı.

Neftin qiyməti məzənnəyə təsir edir, ya yox?..

“Novoye Vremya” qəzeti dərc etdiyi “Sən demə, neftin qiyməti manata təsir etmir” sərlövhəli

məqaləsində milli valyutanın dəyərinin neftin qiymətindən asılılığı ilə bağlı ziddiyətli rəsmi fikirləri şərh edir.

Rüfət Aslanlı
Rüfət Aslanlı

Yazıda deyilir ki, bir tərəfdən Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbəri Rüfət Aslanlı manatın dollara nisbətdə məzənnəsinin dəyişməsinin neftin qiymətindən asılı olmadığını vurğulayır, digər tərəfdən, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov deyir:

“Neftin dəyəri 50 dollar həcmində qalsa mən orta müddətə manatın məzənnəsində ilin sonuna kimi problem görmürəm”.

Yazi müəllifi bu iki ziddiyətli yanaşmanı qarşılaşdıraraq göstərir ki,2007-ci ildə Neft Fondunun büdcəyə transferləri cəmi 9 faiz olub, bu il isə gəlirlərin 60 faizə yaxını büdcəyə köçrüləcək.

Müəllif vurğulayır ki, ixarcın 95 faizini neft-qaz təşkil edir, ölkə iqtisadiyyatı dünyadakı çağırırşlara cavab verə bilmir,odur ki, R.Aslanlının bəyanatı anlşaılmazdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG