Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 16:36

Müxalifətçilər Yerevanda çadırlar qurdular. Sarkisyana etirazlar


Ermənistan Armenia -- Protesters camp out in a Yerevan square in sign of protest, Yerevan, 15Apr2018

Prezident Serj Sarkisyanın baş nazir olmaq planlarına etiraz edən müxalifətçilər yenə də gecəni Yerevandakı Fransa meydanında keçiriblər.

Bu barədə Azadlıq Radiosunun Ermənistan xidməti xəbər verir.

Gözlənilir ki, Ermənistan parlamenti Sarkisyanın namizədliyini aprelin 17-də müzakirə edəcək.

Onun namizədliyini hakim Respublikaçılar Partiyası irəli sürüb. Parlamentdə çoxluq bu partiyadadır.

Fransa meydanı paytaxtın mərkəzi meydanlarından biridir.

Müxalifətçilər artıq 3-cü gündür ki, meydanı tutublar. Onlar burada çadırlar qurublar

Onlarla fəal gecəni burada keçirir.

Bundan öncə - aprelin 14-də Sarkisyanın planlarına qarşı çıxan müxalifət partiyaları mitinq keçiriblər.

Ermənistan - Müxalifətin 14 aprel mitinqi, Yerevan
Ermənistan - Müxalifətin 14 aprel mitinqi, Yerevan

Mitinqdə "Asparez" jurnalistlər birliyinin sədri Levon Barseqyan hamını Fransa meydanına səsləyib və "Sarkisyanı yola salmağa" çağırıb.

O, parlamentdə təmsil olunan partiyaları, o cümlədən hakim Respublikaçılar Partiyasından olan millət vəkillərini meydana gəlməyə, "xalqa qoşulmağa" çağırıb.

Buna da bax: Sarkisyanın 'baş nazir olmasına imkan verməmək üçün' təşkil edilən mitinqlərə kimlər qatıldı

Aksiya təşkilatçıları bildiriblər ki, cəmiyyəti səfərbər edəcəklər və prezident Serj Sarkisyanın baş nazir vəzifəsinə sahiblənərək yenidən ölkəni idarə etməsinə imkan verməyəcəklər.

Onlar şübhələnirlər ki, ölkə konstitusiyası məqsədli şəkildə dəyişdirilib, prezident üsul-idarəsindən parlament idarəçiliyinə keçidin arxasında məkrli plan dayanır, məqsəd ikinci prezidentlik dövrü başa çatan və 3-cü dəfə prezidentliyə namizədliyini irəli sürməyə hüququ çatmayan Serj Sarkisyana öz hakimiyyətini sürdürmək şansı verməkdir.

Onlar bunu "Sarkisyanın 3-cü prezidentlik müddəti" adlandırırlar.

Şənbə günü "Daşnaksutyun" Partiyası da Sarkisyanın baş nazirliyə namizədliyini dəstəklədiyini bildirib.

"Daşnaksutyun" hakim partiyanın qurduğu koalisyon hökumətdə təmsil olunur.

Buna da bax: Ermənistan parlamentində fişəngli aksiya

Ermənistan parlamentində fişəngli aksiya
Gözlə

No media source currently available

0:00 0:00:28 0:00

XS
SM
MD
LG