Keçid linkləri

2025, 16 Mart, bazar, Bakı vaxtı 22:58

Yerevanın meri vəzifədən kənarlaşdırılıb


Hayk Marutyan
Hayk Marutyan

Marutyan xüsusilə nazirlərin və hökumətin digər aparıcı üzvlərinin maaşlarının qaldırılması haqda qərarı tənqid edib

Ermənistan paytaxtının şəhər şurası mer Hayk Marutyanın vəzifədən kənarlaşdırılması və onun yerinə müavinlərindən biri Hraçya Sarkisyanın təyin olunmasına səs verib.

Şura dekabrın 22-də 44-10 səs fərqiylə Marutyana etimadsızlıq qətnaməsini qəbul edib. O, şəhəri “yetərincə səmərəli” idarə edə bilməməkdə suçlanıb.

İnqilaba xəyanət?

Səsvermədən öncə Marutyan Baş nazir Nikol Paşinyanın hakim Vətəndaş Müqaviləsi partiyasını 2018-ci il inqilabının məqsədlərinə xəyanətdə suçlayıb. Paşinyan həmin etirazlar nəticəsində hakimiyyətə gəlib. O, Paşinyanı və onun siyasi komandasını narazıları sıxışdırmaqda, özlərinə sərvət yığmaqda suçlayıb.

Marutyan keçmiş lider Serj Sarkisyanın devrilməsi ilə nəticələnən 2018-ci il etirazlarının aparıcı fiquru olub, 2020-ci ilin dekabrında Vətəndaş Müqaviləsi partiyasından gedib.

“Elə bilirdim, inqilabçının ali məqsədi digərlərinin həyatlarını yaxşılaşdırmaq olmalıdır”, – Marutyan şura üzvlərinə deyib.

“Reallıqda isə, onlar hakimiyyətə gələn kimi öz həyatlarını yaxşılaşdırmağa başladılar, baxmayaraq ki, ölkədə yoxsulluq səviyyəsi 30 faiz civarında idi”, – o, sözlərinə əlavə edib.

Marutyanın arqumenti

Marutyan xüsusilə nazirlərin və hökumətin digər aparıcı üzvlərinin maaşlarının qaldırılması haqda qərarı tənqid edib. O iddia edib ki, bəzi rəsmilər mer kimi ona zəng edərək müəyyən işlərdə kömək istəyiblər.

“Komandaya qoşulanda belə telefon zənglərinin olacağını gözləmirdim”, – deyən Marutyan həmin zəngləri onun Paşinyanla konfliktinin əsas səbəbi adlandırıb.

Şuranın Paşinyanı dəstəkləyən üzvləri isə Marutyanı ötən il Azərbaycanla müharibəni uduzandan sonra Ermənistanda müxalifətin etirazları vaxtı hökumətə dəstək göstərməməkdə suçlayıb.

“Əksinqilab vaxtı Yerevanın meri hardaydı?”, – şura üzvü Armen Qaljiyan deyib.

“O, maska taxaraq ofisinə qapanmışdı, yoxsa partiyadan çıxmağa hazırlaşırdı?” – o sual edib.

Paşinyan isə Marutyanla münaqişəyə açıq münasibət bildirməyib.

XS
SM
MD
LG