Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:37

Yeni Zellandiyada 7,4 bal gücündə zəlzələ olub


Yeni Zellandiya

Noyabrın 13-də Yeni Zellandiyanın Christchurch şəhəri yaxınlığında 7,4 bal gücündə zəlzələ olub.

ABŞ Geoloji Araşdırmalar Mərkəzi-nin məlumatına görə, zəlzələ Christchurch şəhərinin 91 kilometr şimal-şərqində, gecə yarısı baş verib.

Zəlzələdə ölən olmayıb. Ancaq sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Yeni Zelllandiyanın Cənub adasındakı ən böyük şəhər olan Christchurch yaxınlığında kiçik təkanlar davam edərkən, burden200 kilometr aralı yerləşən paytaxt Wellingtonda da təkanlar hiss edilib.

2011-ci ildə Yeni Zellandiyada baş verən 6,3 bal gücündəki zəlzələdə 185 nəfər ölmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG