Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Fevral, Cümə, Bakı vaxtı 14:04

218 yeni yoluxma aşkarlanıb, 9 ölüm


COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 218 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 770 nəfər sağalıb.

Bu məlumatı bu gün, yanvarın 21-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 9 nəfər də vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 228246 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 218387 nəfər sağalıb, 3053 nəfər vəfat edib, aktiv xəstə sayı 6806 nəfərdir".

Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 5309, hazırkı dövrədək isə ümumilikdə 2341807 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG