Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 12:34

474 yeni yoluxma qeydə alınıb, 16 ölüm


COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 474 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 1322 nəfər sağalıb.

Bu məlumatı bu gün, yanvarın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 16 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 225820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 212120 nəfər sağalıb, 2957 nəfər vəfat edib, aktiv xəstə sayı 10743 nəfərdir".

Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 8052, ötən müddət ərzində isə ümumilikdə 2287959 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG