Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:16

Azərbaycanda 338 yeni yoluxma, 4 ölüm


Son gündə Azərbaycanda yeni növ koronavirusa (COVID-19) 338 yoluxma faktı qeydə alınıb, 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, iyunun 16-da Nazirlər Kabineti yanında Operativ Qərargah açıqlayıb. Verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 10 min 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5948 nəfəri müalicə olunaraq sağalıb, 126 nəfər vəfat edib, 4588 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”.

Qərargahdan vurğulandığına görə, son sutkada koronavirus infeksiyasına yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4801 test aparılıb. Ötən müddət ərzində isə ümumilikdə 391 699 test keçirildiyi bildirilir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 28-də aşkarlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 8 milyon 150 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 439 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG