Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:39

339 yeni yoluxma, ölüm sayı 100-ü keçdi


Azərbaycanda koronavirusa yoluxanlarda ölüm 100-ü keçdi

Son gündə Azərbaycanda koronavirus infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə bu gün, iyunun 10-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Məlumatda habelə yazılıb ki, COVID-19 üçün götürülən analiz munələri müsbət çıxmış 4 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 8530 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4720 nəfər müalicə olunaraq sağalıb, 102 nəfər vəfat edib, 3708 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”.

Qərargahdan açıqlamaya görə, Azərbaycanda son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6832, ümumilikdə isə 356 032 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 7 milyon 360 mindən çox şəxsin yoluxduğu bildirilir.

Onlardan da artıq 414 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG