Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 18:13

'Yeni Suraxanı' sakinləri su istəyir


Su

Bu gün, aprelin 18-də Bakının «Yeni Suraxanı» qəsəbəsinin bir qrup sakininin yaşadıqları ünvana su gəlməməsinə etiraz olaraq Mərdəkan yolunu bağladıqları bildirilir.

Bununla bağlı bəzi yerli sayt və sosial şəbəkələrdə videogörüntülər də yayılıb.

Sakinlərin bildirməsinə görə, yalnız polisin müdaxiləsindən sonra yol açılıb. Onlar deyiblər ki, yeganə tələbləri həyətlərinə su xəttinin çəkilməsidir.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Məsələ ilə bağlı «Turan» agentliyinə açıqlama verən «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə deyib ki, sakinlərin problemlərindən xəbərləri var.

Mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, bu, Suraxanı rayonundakı Samir Əliyev küçəsinin bir hissəsini əhatə edir. (Bakı hava limanına getdikdə sağ tərəfdə qalan həyət evləri-red) Onun sözlərinə görə, əvvəllər bu ərazidə, ümumiyyətlə, su boruları olmayıb. A.Cəbrayıllının vurğulamasına görə, ASC ötən illərdə həmin küçənin bir hissəsində şəbəkə qurub və oradakı sakinlərə su verilir: «Amma, bu ərazidə son vaxtlar çoxsaylı evlər tikilib...».

A.Cəbrayıllının deməsinə görə, bu məsələ ASC-nin planında var və icra ediləcək. Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, çox kiçik bir hissə qalıb, o, da növbəti mərhələdə həll olunacaq.

Multimedia

XS
SM
MD
LG