Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:10

Siyasi məhbus sayılanların yeni siyahısı açıqlanıb


arxiv foto
arxiv foto

Avqustun 31-də "Azərbaycan Siyasi Məhbuslara Azadlıq" İttifaqı (ASMAİ)ölkədə siyasi məhbus saydıqları şəxslərin yeni siyahısını yayıb. 8 qrupa təsnif edilmiş siyahıda 117 nəfərin adı var.

Onlardan 6-sı jurnalist bloqer, 1-i hüquq müdafiəçisi-dir. 6 nəfər də müxalif partiya və hərəkatların üzvləri-dir. Habelə, siyahıda
Avropada yaşayan mühacir Türkel Azərtürkün bir qohumu da yer alır.

Orada ən çox şəxsin yer aldığı "Dindarlar" qrupudur - 55 nəfər. Bu qrupda adı keçənlərin sayı “ Gəncə işi” məhkəməsi ilə bağlı çoxalıb. Siyahıda“Ömürlük məhbuslar” və başqa qruplar da yer alır.

Amma siyahıdan adları çıxarılanlar da var. Onlar bu yaxınlarda azadlığa qovuşan jurnalist Seymur Həzi və Müsavat Partiyasının fəalı Azad Həsənovdur.

Xatırlatma

Azərbaycanda siyasi məhbuslarla bağlı bir neçə siyahı var. Bu ilin martında prezidentin imzaladığı əfv sərəncamı ilə 50-yə qədər siyasi məhbusun azadlığa buraxıldığı açıqlanmışdı. Ondan sonra bəzi siyahıda 80, bəzi siyahıda isə 100 civarında siyasi məhbusun qaldığı vurğulanırdı.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyahi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb edilmiş admlardır.

ASMAİ 2018-ci ilin sonlarında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov, hüquq müdafiəçisi Hilal Məmmədov və Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev yaradıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG