Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:16

ABŞ rusiyalılara qarşı yeni sanksiyalar elan edir - YENİLƏNİB


Yeni sanksiyaların hədəfləri arasında Kremlə yaxın biznesmen Yevgeni Priqojin də var
Yeni sanksiyaların hədəfləri arasında Kremlə yaxın biznesmen Yevgeni Priqojin də var

Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov martın 16-da deyib ki, Rusiya ABŞ-ın yeni sanksiyalarına amerikalıların “qara siyahı”sını genişləndirməklə cavab verəcək.

RIA xəbər agentliyinin məlumatına görə, Ryabkov Rusiyanın sanksiyalara cavab verərkən tarazlıq prinsipindən istifadə edəcəyini deyib, amma əlavə tədbirləri də istisna etməyib.

Bu sanksiyalar Britaniyada keçmiş rusiyalı casus və qızının zəhərlənməsiylə birbaşa əlaqələndirilməyib. Maliyyə naziri Steve Mnuchin deyib ki, bu insident Rusiyanın ehtiyatsız hərəkətlərinə bir nümunədir.

*** Buna da bax: ABŞ rusiyalı hakerləri ittiham edir

MOSKVAYLA GƏRGİNLİK ARTACAQ

Yeni sanksiyaların Rusiyanın Birləşmiş Ştatlar və Avropadakı hərəkətlərinə necə təsir göstərəcəyi, hələlik, bəlli deyil. Bu agentliklərin, fərdlərin çoxuna əvvəllər də sanksiya qoyulmuşdu, yaxud ABŞ-da açıqlanmış bəyanatlarda ittiham olunmuşdular. Elə ötən ay xüsusi müşavir Robert Mueller-in ittihamnaməsində adlar çəkilirdi.

Amma bu addımların Moskvayla gərginliyi artıracağı dəqiqdir. İlk dəfədir ki, ötən il Konqresdə qəbul olunmuş qanuna uyğun olaraq cəzalar tətbiq olunur. Həmin qanunun məqsədi Rusiyanı seçkiyə müdaxiləyə görə cəzalandırmaq idi.

Xəzinədarlıq Rusiya hərbi kəşfiyyat agentliyini (GRU) və Rusiya ordusunu 2016-cı il seçkisinə müdaxilədə ittiham edib. Onların ötənilki NotPetya kiberhücumuna görə də birbaşa məsuliyyət daşıdığı bildirilib. Bu hücum Avropada milyardlarla dollar ziyan törətmişdi.

Kəşfiyyat qurumları belə bir qənaətə də gəliblər ki, Rusiya kəşfiyyatı və digər agentliklər ABŞ-da enerji sektoru, zavodlar və bəndlərə hücumların arxasında durub.

Xəzinədarlıq İnternet Araşdırmaları Agentliyinin Facebook və digər sosial media platformalarında saxta hesablar yaratmağa çalışdığını bildirib.

Bu şirkət və onun əsas maliyyəçisi hesab edilən Yevgeny Prigozhin-in adları ötən Mueller-in ittihamnaməsində varıydı.

***

ABŞ-ın Maliyyə Nazirliyi Moskvanın ABŞ seçkisinə müdaxiləsi və Birləşmiş Ştatlara ziyanlı kiberhücumları ilə əlaqədar 19 rusiyalıya və Rusiyanın 5 vahidinə qarşı yeni sanksiyalar elan edib.

*** Buna da bax: NATO Rusiyanı Britaniyanın suallarına cavab verməyə çağırır

Martın 15-də elan edilmiş tədbirlərin hədəfi olan 19 şəxsə bundan əvvəl xüsusi prokuror Robert Mueller tərəfindən barələrində cinayət işi qaldırılmış 13 nəfər də daxildir. Onlardan biri də Kremlə yaxınlığı ilə tanınan biznesmen Yevgeni Priqojindir. Priqojin Rusiyanın “troll fabriki” kimi tanınan İnternet Araşdırmaları Mərkəzini maliyyələşdirməkdə ittiham olunur.

Yeni sanksiyaların hədəflədiyi vahidlərə gəlincə isə onlardan biri Rusiyanın hərbi kəşfiyyatı - Baş Kəşfiyyat İdarəsi (GRU), digəri isə əsas kəşfiyyat orqanı olan Federal Təhlükəsizlik Xidmətidir (FTB).

ABŞ maliyyə naziri Steven Mnuchin deyib ki, “administrasiya bu addımları Rusiyanın ziyanlı kiberfəaliyyətinə, ABŞ seçkisinə müdaxilə də daxil destruktiv kiberhumlarına qarşı atır”.

Mnuchin əlavə edib ki, yeni sanksiyalar ABŞ-ın Rusiyadan qaynaqlanmaqda davam edən hərəkətlər üçün nəzərdə tutulmuş geniş əks-tədbirlərinin bir hissəsidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG