Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

34 yeni məktəb tikilir


Foto arxivdəndir
Foto arxivdəndir

Yeni dərs ilinə hazırlıq çərçivəsində ümumi təhsil müəssisələrinin tikintisi və təmiri davam etdirilir.

Təhsil Nazirliyindən yayılan məlumata görə, hazırda Azərbaycanın müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır.

“2018-ci ildə respublika ərazisində 137 modul tipli təhsil müəssisəsi istifadəyə veriləcək. Ümumilikdə Bakı şəhəri və ölkənin 54 rayonu olmaqla 193 obyektdə işlər aparılır”, məlumatda vurğulanır.

Sentyabrın 15-də yeni dərs ili başlanır. Amma ölkənin bir sıra kənd rayonlarında orta məktəblərin binalarının yararsız hala düşməsi ilə bağlı şikayətlər eşidilir. Həmin şikayətlərdə Azərbaycanın bəzi kəndlərində ötən əsrin 60-70-cı illərində tikilib istifadəyə verilən məktəb binalarının, hələ də yenilənmədiyi deyilir.

2017-ci ildə açıqlanan statistikaya görə, ölkədə 4 min 500-ə yaxın ümumtəhsil məktəbi fəaliyyət göstərir.

XS
SM
MD
LG