Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:38

Yeni baş nazir – islahat ehtiyacı, yoxsa hakimiyyətdaxili qruplaşma?


Bakıda piket: Müxalifət hökumətdən nələr tələb edir?
Gözlə

No media source currently available

0:00 0:14:52 0:00

Bakıda piket: Müxalifət hökumətdən nələr tələb edir?

Novruz Məmmədov 1 il 6 aydan sonra baş nazir postundan getdi. Prezident Administrasiyası rəhbərinin müavini, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov yeni baş nazir postuna gətirildi.

Parlamentin sədri Oqtay Əsədov bildirib ki, Novruz Məmmmədov özü vəzifəsindən azad olunması ilə bağlı prezident İlham Əliyevə istefa ərizəsi yazıb. Amma onun niyə istefa verməsi haqda məlumat yoxdur.

Oktyabrın 8-də Milli Məclis Əli Əsədovun baş nazir olmasına razılıq verib. Əli Əsədov parlamentdə çıxışında vurğulayıb ki, indi ölkənin əsas problemi Qarabağın işğaldan azad edilməsidir.

Millət vəkili Siyavuş Novruzov bildirib ki, yeni təyinatdan sonra Nazirlər Kabinetində kiyafət qədər islahalar olacaq:

“Hazırkı sosial-iqtisadi islahatlar daha çevik siyasət tələb edir. Əli Əsədov ölkədə aparılan abadlıq-quruculuq işlərində Prezident İlham Əliyevin köməkçisi kimi yaxından iştirak edib. Hesab edirəm ki, bu təyinatdan sonra Nazirlər Kabinetində kifayət qədər islahatlar həyata keçiriləcək”.

Millət vəkili Vahid Əhmədov isə qeyri-neft sektorunun, sənayenin inkişafına, hesablama palatasının büdcə layihələrinə iradlarına və millət vəkillərinin təkliflərinə diqqət yetirməyi xahiş edib.

Pənah Hüseyn
Pənah Hüseyn

1992-93-cü illərdə - AXC hakimiyyəti dövründə baş nazir postunu tutan Pənah Hüseyn düşünür ki, hakimiyyətdə yeni komandanın formalaşması prosesi gedir. Onun fikrincə, hakimiyyətə daha etibarlı və etimadlı baş nazir lazım olub:

“Söhbət prezident və birinci vise-prezidentin etimadından gedir. Hakim komandada qeyri-müəyyənlik var. Hazırda yeni komandaların formalaşması gedir. Ola bilsin ki, Novzur Məmmədovun öz işinin öhdəsindən gəlib-gəlməməsindən daha çox etimad və etibar lazım olub. Mən düşünürəm ki, bu da hakimiyyətdaxili qruplaşmaların mübarizəsinin nəticəsidir”.

Pənah Hüseyn hesab edir ki, Əli Əsədov ölkənin maliyyə, infrastruktur layihələrini idarə edirdi. O düşünür ki, Azərbaycanda prezident idarəçilik üsulu varsa, heç baş nazir postuna ehtiyac yoxdur və bu post simvolikdir.

Novruz Məmmədov vəzifəyə hazır olmadığını demişdi

Amma Pəhan Hüseyndən fərqli olaraq, politoloq Mübariz Əhmədoğlu hesab edir ki, Əli Əsədov heç bir siyasi qruplaşmaya aidiyyatı olmayan, prezidentə sadiq və bağlı şəxsdir.

Onun fikrincə, Norvuz Məmmədov xarici siyasət üzrə güclü mütəxəssis olduğu kimi, Əli Əsədov da iqtisadiyyatda güclüdür. İndi isə Azərbaycanın qarşısında duran əsas məsələ iqtisadiyyatı dirçəltməkdir.

AzadlıqRadiosu bu yeni təyinata Bakı sakinlərinin münasibətini öyrənməyə çalışıb:

Azərbaycanın baş nazirlərindən kim və nə ilə yadınızda qalıb?
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Novruz Məmmədov 1 il ay 6 ay baş nazir postunda qaldı. O, 2018-ci ilin aprelində bu posta gətirilmişdi.

Onun ən yadda qalan qərarlarından biri də meşələrdən meyvə yığanların cərimələnməsi ilə bağlı olmuşdu. İctimai təpkilərdən bir neçə gün sonra prezident İlham Əliyev bu qərarı ləğv etmişdi.

Novruz Məmmədov bir ay öncə, sentyabrın 6-da Space telekanalına müsahibəsində demişdi ki, yeni posta təyinat onun üçün gözlənilməz olub. O prezidentə deyib ki, bu vəzifəyə hazır deyil.

Keçmiş baş nazir Artur Rasizadə isə yerli mediaya müsahibəsində bildirib ki, baş nazir olmaq elə də asan iş deyil. O bildirib ki, Novruz Məmmədov öz vəzifəsinin öhdəsindən gələ bildi. Əli Əsədovu isə yaxşı tanıdığını bildirən, Artur Rasizadə bu seçimi yaxşı qiymətləndirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG