Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:46

Novruz Məmmədov Artur Rəsizadədən nə ilə fərqlənir?


İnsanlar 'şişirdilmiş' işıqpulu qəbzlərindən gileylənir. 'Azərişıq' nə deyir?
Gözlə

No media source currently available

0:00 0:15:14 0:00

İnsanlar 'şişirdilmiş' işıqpulu qəbzlərindən gileylənir. 'Azərişıq' nə deyir?

Bugünlərdə Novruz Məmmədovun baş nazir təyin olunmasından 100 gün keçib. Bu müddət ərzində onun hansı fəaliyyəti diqqət çəkib?

Novruz Məmmədov, bu kürsüdə, 22 il baş nazir olmuş Artur Rasizadəni əvəzləyib. 71 yaşlı yeni baş nazirin indiyə qədərki karyerası xarici siyasət və diplomatiya ilə bağlı olub, o ixtisasca dilçidir.

Daha "gənc" Rəsizadə

Müxalifətdəki Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir ki, Novruz Məmmədovdan baş nazir kimi hansısa gözləntisi yoxdur, onun sözlərinə görə, baş nazirlik Azərbaycanda formal xarakter daşıyır:

“Novruz Məmmədovu İlham Əliyev elə ona görə təyin edib ki, o elə indiki kimi işləsin, yəni heç bir təşəbbüs göstərməsin, hər hansı bir xüsusi ideyaları və iddiası olmasın. İlham Əliyevin özünə belə baş nazir lazımdır, ona görə də 22 ili Artur Rasizadə ilə yola verdi, indi də artıq görəndən sonra ki, Artur müəllimin çox yaşı keçib, onunla əlaqədar çox böyük tənqidlər var, nisbətən daha cavan Artur Rəsizadə axtardı və tapdı”.

Hüquqşünas Səməd Rəhimli isə deyir ki, qarışıq prezident üsul-idarəli demokratik ölkələrdə prezident baş nazirlə bəzi səlahiyyətləri bölüşür. Burda məqsəd odur ki, prezidentin idarəetməsi diktaturaya çevrilməsin. Bu sistemdə baş nazirlə prezident razılığa gəlməyə bilər.

Səməd Rəhimli deyir ki, Azərbaycanda parlament seçkiləri şəffaf keçirilmədiyindən baş nazir prezident kimi istəyirsə o, olur. Buna görə də baş nazirin prezidenti tarazlaşdırması praktikada baş vermir.

İldırımötürən

AXCP sədri Əli Kərimli isə deyir ki, İlham Əliyev qeyri-populyar qərarları verərkən baş nazirin imzasından istifadə edir ki, cəmiyyətdəki neqativ rəylər baş nazirə yönəlsin. Əli Kərimli düşünür ki, Novruz Məmmədov “ildırımötürücü” rolunu oynayır.

Milli Məclisin İqtisadiyyat komitəsinin keçmiş sədr müavini, Yeni Azərbaycan Partiyasının üzvü Əli Əlirzayev isə deyir ki, o, Novruz Məmmədovu çoxdan tanıyır və onu baş nazir postuna layiq bilir:

“Novruz Məmmədovu lap gənc yaşlarından tanıyıram. O çox yaxşı adamdır, əziyyəti və əməyi ilə böyüyən adamdır. Dövlətçiliyə sadiq, Heydər Əliyevin yanında tərbiyə keçmiş, möhkəmlənmiş bir adamdır. İnsanlarla bir yerdə olmuş, dostuna da, qardaşına da, xalqına da sadiq olan adamdır. Bu məsələ hökumətin səlahiyyətlərindən asılıdır, ona düşən səlahiyyətlər çərçivəsində Novruz Məmmədov o yerə layiq olan adamdır”.

AzadlıqRadiosu Bakı sakinləri arasında sorğu keçirib: Novruz Məmmədov necə baş nazirdir?

Novruz Məmmədov necə baş nazirdir?
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Baş nazir hökumət deyil?

Keçmiş baş nazir Pənah Hüseyn deyir ki, baş nazirlik postu demək olar, formal xarakter daşıyır.

Onun sözlərinə görə, hakimiyyətin verdiyi bəzi qərarları baş nazir imzalasa da, əhali arasında həmin qərarların yaratdığı narazılıq heç də baş nazirə yönəlmir, çünki insanlar məsələnin mahiyyətini bilirlər. Onlar anlayırlar ki, tutalım, qiymət artımı haqda qərar vermək baş nazirlik məsələ deyil.

Pənah Hüseyn deyir ki, o, baş nazirlik postunun ləğvini gözləyir:

“Yəqin ki, Türkiyədəki vəziyyəti gözləyirlər. Türkiyə Konstitusiyasında baş nazir postu ləğv olunduğuna görə, mümkündür ki, bizdə də həmin məsələ həyata keçirilsin. Amma keçmiş postsovet məkanlarında bir ənənə var. Hökumət və baş nazir anlayışı. Ona görə də mənə elə gəlir ki, bu postsovet məkanında “Azərbaycan hökuməti” anlayışının prezident kimi assosasiya olunmaması ilə əlaqədardır. Böyük ehtimalla gözləyirəm ki, baş nazir postu ləğv olunacaq”.

2016-cı ildə keçirilmiş referendumla, Konstitusiyaya dəyişiklik edilib. Əgər əvvəllər prezident səlahiyyətlərini icra edə bilmədikdə onu baş nazir əvəzləyirdisə, düzəlişlə bu səlahiyyətlər 1-ci vise-prezidentə tapşırılır.

Hazırda Nazirlər Kabinetinin səlahiyyətlərinə - dövlət büdcəsinin layihəsini hazırlayıb prezidentə təqdim etmək, onun icrasını təmin etmək, dövlətin pul-kredit siyasətini həyata keçirmək daxildir. Bu səlahiyyətlərə - dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin etmək, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik etmək, onların aktlarını ləğv etmək də daxildir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG