Keçid linkləri

2026, 01 İyun, bazar ertəsi, Bakı vaxtı 05:49

Şahin Şıxlinski 24 il həbsə məhkum edilib

Şahin Şıxlinski
Şahin Şıxlinski

Uralda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə işi üzrə sərt rejimli koloniyada 9 il müddətinə həbsə məhkum edilib. Bu barədə Yekaterinburqun Kirov rayon Məhkəməsi hökm çıxarıb.

Daha öncə Ş.Şıxlinski qətl və qətl cəhdinə görə 22 il həbs cəzasına məhkum edilmişdi. Onun ümumilikdə 24 il həbsdə saxlanması barədə hökm çıxarılıb.

Şıxlinski və onun oğlu Mütvəlı 2025-ci ilin iyulunda hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə işi üzrə ittiham olunurdular. Xüsusi təyinatlı qüvvələrin əməkdaşları Şıxlinskini oğlunun idarə etdiyi avtomobildən çıxarmağa çalışarkən, sürücü maşını qəfil geri sürmüş, FSB əməkdaşlarından biri yıxılmışdı.

M.Şıxlinski bildirib ki, həmin şəxsi qəsdən vurmayıb. Məhkəmə onu cəzasını ümumi rejimli koloniyada çəkməklə 8 il həbs cəzasına məhkum edib.

6 mart

Şahin Şıxlinskiyə 22 il həbs cəzası kəsilib

Yekaterinburqda məhkəmə Azərbaycan diasporunun yeddi üzvünü sərt rejimli koloniyada 10 ildən 22 ilədək həbsə məhkum edib. Kirov rayon Məhkəməsinin çıxardığı qərar 2001-2011-ci illərdə törədilmiş qətllərlə bağlıdır. Xəbəri Rusiyanın bir sıra xəbər agentlikləri, o cümlədən "Mediazona" yayıb.

Diasporun keçmiş rəhbəri Şahin Şıxlinski 22 il ciddi sərt koloniya cəzasına məhkum edilib. Bakir Səfərova 10 il, Məzahir Səfərova 13 il, Şücaəddin RəcəbovKamal Səfərova 14 il, Ayaz Səfərova 20 il, Akif Səfərova isə 21 il həbs cəzası kəsilib.

Onlar əsasən 2001, 2010, 2011-ci illərdə yerli sahibkarlara qarşı qətllər və qətl cəhdləri ilə bağlı ittiham olunublar. İstintaqın versiyasına görə, cinayətlərə biznesdə təsir dairələrinin bölüşdürülməsi, diaspor daxilində liderlik uğrunda mübarizə səbəb olub.

E1 portalı Şıxlinskini şəhərdəki "iki ən nüfuzlu azərbaycanlıdan biri" adlandırır. Nəşr onun Sverdlovsk vilayətinin Azərbaycanlılarının Mədəniyyət, Gənclər və İdman Mərkəzinin prezidenti Vidadi Mustafayevlə münaqişəsi olduğunu bildirirdi. Sverdlovsk vilayətində təxminən 100 min etnik azərbaycanlının yaşadığı deyilir.

Ş.Şıxlinski daha bir iş üzrə də təqsirləndirilir: o, oğlu Mütvəli ilə birlikdə polis əməkdaşına zor tətbiqində ittiham olunur.

2024-cü il iyunun sonunda Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Yekaterinburq şəhərində əslən Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda və başqa yerlərdə əməliyyat keçirib. Mənzillərə basqın zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşlarının qətlə yetirildiyi, döyülmə nəticəsində səkkiz nəfər, o cümlədən Bakir Səfərovun müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir.

Bakı o zaman günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib. Azərbaycan Baş Prokurorluğu "Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarının törətdiyi işgəncə və xüsusi amansızlıqla iki və daha çox şəxsin qəsdən öldürülməsi" üzrə cinayət işi açıb.

Bundan öncə isə Bakı və Moskvanın əlaqələrində böhran yaranmışdı. Buna AZAL təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin səhvi nəticəsində qəzaya uğraması səbəb olmuşdu.

XS
SM
MD
LG