Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:22

Yazçılar Birliyi şəhər rəhbərliyinə cavab verdi


Azərbaycan Yazıçılar Birliyi

Azərbaycan Yazıçılar Birliyi (AYB) son vaxtlar birlik ətrafında yayılan məlumatlarla bağlı rəsmi bəyanat yayıb.

Bəyanatda qeyd edilir ki, AYB katibliyi son günlər keçmiş adı «26» olan kafe ilə bağlı qaldırılan süni qalmaqalı müzakirə edib və buna münasibət bildirməyi qərara alıb.

“ Toxun acdan nə xəbəri…”

Sənəddə vurğulanır ki, həmin yerYazıçılar Birliyinin əmlakıdır və uzun illərdir, kirayəyə verilir:

“Bu kirayədən gələn gəlirlərBirliyin az maaşlı işçilərinə əlavə ödəniş kimi verilr. Habelə, xəstə,ehtiyacı olan yazıçılara yardım kimi verilir və ara-sıra kiçik kitabların nəşrinə xərclənir. Hamısının dəqiq hesabatı aparılır. «Buranı bağlayacayıq, qoymayacayıq» və s. deyənlərin buna nə hüquqi, nə mənəvi haqqı çatır. Ağır maddi durumda olan neçə-neçə yazıçını köməksiz qoymaq heç kəsə başucalığı gətirməz. Doğrudur, xalqımız onu da yaxşı deyib ki, toxun acdan xəbəri olmaz".

Buna da bax:

AYB vurğulaybki, dünyada kafelər şəbəkəsi kimi məlum olan "26" kafesini Bakı komissarlarıyla əlaqələndirmək yanlışdır:

"Bu fikir o qədər gülünc və absurddur ki, heç cavab verməyə də dəyməzdi. Amma bu uydurma bəhanəylə kimlərinsə coşub özündən çıxması, «asacağıq, kəsəcəyik» deyə xox gəlməsi acı təəssüf doğurur”

"26 Bakı komissarı” küçəsi

Hacıbala Abutalıbov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Bakı - 2013
Hacıbala Abutalıbov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Bakı - 2013

AYB bəyanatında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbun adı da çəkilir:

"Əvvəla, kafenin keçmiş adı Hacıbala müəllimin dediyi kimi «26-lar» yox «26»dır. İkincisi, kafenin adının həm də ingiliscə yazılması da heç cür komissarlarla əlaqələndirilə bilməz. Bakının bir çox ictimai iaşə yerlərində olduğu kimi «Xanımlara qəlyan çəkmək pulsuzdur» ifadəsi buranı əxlaqsızlıq yuvası və priton adlandırmağa əsas vermir…".

Bəyanatda həmçinin, Bakının Sabunçu rayonunda "26 Bakı komissarı" adına küçənin qaldığı davurğulanıb:


"Bu 26 ildə nəinki küçənin adı dəyişdirilməyib, onun lövhəsi belə təzələnib və latın əlifbasıyla yenidən yazılıb divara vurulub. Xalqımızın cəlladlarının xatirəsinə havadarlıq etmək bax budur və elə həmin gün, yəni qəzetdə bu məlumat və şəkil çıxan gün hədəfi ayrı ünvana yönəltməkçün bu “26” kafe avanturasına start verildi ".

Sənəddə vurğulanır ki, əxlaqsızlıq yuvası axtaranlar başqa yerlərə diqqət yetirsinlər.

Bəyanatın sonunda da qeyd edilir ki, yazıçıların nə külli miqdarda varı-dövləti, nə yüksək vəzifələri, nədə müxtəlif imkanları var:

"Bircə silahları var – o da qələmləridir, amma unudulmasın ki, bu çox güclü silahdır və həmin silahla damğalananlar tarixdə bu damğayla qalacaqlar".

Xatırlatma

Ötən həftə Bakının mərkəzində "26" adlı kafe bağlanıb. Bu prosesə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abtalıbov başçılıq edib.
Həmin obyektin AYB nəzdində olduğu, icarə verildiyi bildirilirdi.
Həmin vaxt Hacıbala Abutalıbıv bu addımı atamasını kafenin 26 Bakı komisarlarının adını daşması ilə izah etmişd:
"Doğrudan da tarix göstərdi ki, bu qatillər öz havadarlarının əli ilə xaricə qaçmış, azərbaycanlıların qızıl və digər sərvətlərini də xaricə aparmışlar. Təəssüf edirəm ki, Bakının mərkəzində, Yazıçılar Birliyinin binasının bir hissəsini icarəyə götürərək "26-lar" adlı kafe açıblar.Qoy ermənilər və havadarları bilsinlər ki, nə qədər ki Azərbaycan xalqı var, soyqırımı təşkilatçılarına, onların havadarlarına nəinki Bakıda, ümumiyyətlə, Azərbaycanda yer yoxdur…", dey. H. abutalubov bildirmişdi.
26 Bakı komisarları 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyətindən öncə hakimiyyətdə olan qüvvənin ( Bakı Soveti) təmsilçiləri olublar. Onlara Stepan Şaumyan rəhbərlik edib.Müstəqil Azərbaycanın tarixçiləıri onları 1918-ci ilin martında Bakıda, Şamaxıda və bir çox yerlərdə törədilən qırğınların təşkilatçıları hesab edirlər. 26 Bakı komisarları tarixi iddalara görə, 1918-ci il sentyabrın 19-da gülələniblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG