Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 09:55

155 manat + 14 % inflyasiya 173 manat etmir... [video]


173 manata dolanmaq olarmı? Hökümət "HƏ" deyir, bəs siz?
Gözlə

No media source currently available

0:00 0:15:10 0:00

173 manata dolanmaq olarmı? Hökümət "HƏ" deyir, bəs siz? [A-Live]

Azərbaycanda yaşamaq üçün adama minimum nə qədər pul lazımdır?

Gələn ilin büdcəsidə yaşayış minimumu 173 manat nəzərdə tutulub. Bu da əvvəlki ildən 11,6 faiz çoxdur.

Milli Məclisin İqtisadiyyat Komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, ölkənin imkanları artdıqca, yaşayış minimumu artırılır.

Beləliklə, artımdan sonra yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 173 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün isə 154 manat olacaq.

Buna da bax: Ekspert: 'Büdcə 3 milyard artsa da, pensiyalar 2 manat arta bilər' [video]

Bəs Bakı sakinləri nə düşünür? Bir adamın yaşayışı üçün minimum nə qədər pul lazımdır? Sorğuya baxaq:

Normal yaşayış üçün minimum nə qədər pul lazımdır?
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Yaşayış minimumu 11,6 faiz qalxır, amma bu il rəsmi inflyasiya 14 faiz olub.

Buna da bax:

"Azərbaycansayağı survayvr"... 155 manata sağ qalmaq
Gözlə

No media source currently available

0:00 0:12:37 0:00

Müxalif ReAl hərəkatının icra katibi Natiq Cəfərli deyir ki, əgər ölkədə qiymət artımı rəsmən 14%-ə yaxındırsa, yaşayış minimumu 11-12 % artması, əslində reallıqda azalma deməkdir. Onun sözlərinə görə, ölkədə ortalama bir milyon yarım adam yaşayış minimumu ilə yaşayır.

Buna da bax: Büdcənin 'yağlı tikəsi' tikintiyə gedir

Natiq Cəfərli
Natiq Cəfərli

Bəs yaşayış minimum necə hesablansın?

İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycanın indiki yaşayış minimumu hesablaması qaydası köhnədir, hətta Sovet hökumətinin Nazirlər Kabinetinin qaydalarını xatırladır:

"Yaşayış minimumu ay ərzində minimum ehtiyacları əhatə etməlidir. Bura yemək, içmək, istirahət, kommunal xərclər, hətta internet xərcləri də daxildir. Avropanın ən kasıb ölkəsi Bolqarıstanda yaşayış minimumu 400 manata yaxındır. Nəzərə almaq lazımdır ki, Bolqarıstanda ərzaq Azərbaycandakından ucuzdur".

Buna da bax: Büdcə layihəsində tələbə təqaüdləri vəsaiti azaldılıb - bu nə deməkdir? [video]

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova də yaşayış minimumunun dəyişdirilməsi haqqında danışıb, o, noyabrın 23-də Milli Məclisdə deyib ki, yaşayış minimumunun yenidən hesablanması müzakirə olunur:

“Qanuna görə, yaşayış minimumuna hər üç ildən bir baxılır. Hazırda İqtisadiyyat Nazirliyində birgə komissiya yaradılıb. Biz Dünya Bankının ekspertlərini cəlb etməklə birlikdə minimum istehlak səbətinin və metodikanın ekspertizasını keçiririk”.

Buna da bax: Azərbaycan ərzağa ən çox pul xərclənən ölkələr arasındadır

Yaşayış minimumu 11,6 faiz artırılsa da, gələn il büdcənin gəlirləri 17 faizə qədər arta bilər, çünki neftin qiymətinin qalxması gözlənilir. İqtisadi və Sosial İnkişaf Mərkəzi hesablayıb ki, artımda sosial xərclərin artım payı 104 milyon manatdır, ən çox artan xərclərdən biri də tikinti xərcləridir - iki dəfəyə qədər.

Buna da bax:

Pensiyaçı:"Yaşanası ölkə deyil"
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG