Avqustun 14-də Bakı Dövlət Universitetinin Yasamal rayonundakı yataqxanasında yanğın baş verib. Yanğın 9 mərtəbəli binanın 8-ci mərtəbəsində başlayıb.
Videoda partlayış səsləri gəlir. O partlayan nədir? FHN-nin məlumatında bu barədə heç nə deyilmir. Ancaq ilkin irəli sürülən ehtimallarda bunun yanan şiferləriin səsi ola biləcəyi güman edilir.
15:40
Fövqəladə Hallar nazirliyi Yasamal rayonunda yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb. Yanğın saat 14:23-də söndürüldüyü bildirilir:
«Bakı şəhəri, Yasamal rayonunda Təhsil Nazirliyinə məxsus yataqxana binasının dəhlizinə yığılmış taxta tullantıları 15 m² sahədə və eyvana yığılmış taxta tullantıları 4 m² sahədə yanıb. Yanğından yataqxana binasının digər otaqlar mühafizə olunub» - deyə məlumatda qeyd edilir.
Ancaq nazirlik yanğının nədən baş verdiyini açıqlamır. Üstəlik, məlumatda yataqxanada hazırda yaşayış olub-olmadığı da qeyd edilmir.
Adının çəkiməsini istəməyən bir yerli sakin Azadlıq Radiosuna deyir:
15:50
Bakı Dövlət Universitetinin mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, yanğın 8 saylı yataqxananın 8-ci mərtəbəsində baş verib.
Mətbuat xidmətindən sonra bildiriblər ki, 5 kv/m ərazini əhatə edən yanğın həmin mərtəbəyə toplanmış və istifadə edilməyən taxtaların alışması nəticəsində baş verib.
Xəbərdə həmçinin qeyd edilib ki, yataqxanada hazırda yaşayış yoxdur. Yanğında xəsarət alanın da olmadığı açıqlanıb.