Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 19:41

Yaponiyada imperatorun taxtdan imtinası mümkün olacaq


Akihito

Yaponiyada parlamentin aşağı palatası iyunun 2-də imperatorun taxtdan imtinasına imkan verən qanun layihəsini təsdiqləyib. Layihəni iyunun 9-da keçiriləcək iclasda məsləhətçilər palatası da təsdiqləməlidirlər.

Bu, son 200 ildə imperatorun taxtdan imtinasına imkan verən ilk qanunvericilikdir. Hazırki qanunvericiliklə bu mümkün deyil. Sənədin hazırlanması Yaponiya imperatoru Akihito-nun 83 illiyi ərəfəsinə təsadüf edir.

İmperator Akihito 2018-ci ilin dekabrında 85 yaşında taxtdan imtina edə bilər. Belə olan halda taxta onun böyük oğlu, varis şahzadə Naruhito çıxacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG