Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 21:55

Tibb üzrə Nobel yapon alimə verildi


Yoshinori Ohsumi

Fiziologiya və tibb üzrə builki Nobel mükafatı yapon alimi Yoşinori Osumi-yə verilib.

Tokio Texnoloji Universitetinin professoru olan Osumi mükafata autofagiya mexanizminin (hüceyrədaxili tullantıların deqradasiyası və emalı) kəşfinə görə layiq görülüb.

Autofagiya – hüceyrədaxili tullantıların lizosomlar (türş mühitli hüceyrə komponentləri) vasitəsilə məhvi prosesidir.

Bu mexanizmin kəşfi imkan verib ki, hüceyrənin öz tərkibindəki elementləri necə emal etməsi haqda təsəvvürlər kökündən yenilənsin. Bir sıra xəstəliklər haqda yeni bilgilər əldə edilsin.

Çünki autofagiya mexanizminin pozulması xüsusən yaşlıların tutulduğu Parkinson xəstəliyi, 2-ci növ diabet və bir sıra başqa xəstəliklərlə əlaqədardır.

XS
SM
MD
LG