Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:38

Yanukovych-in "ovlaq evi" yağmalanıb


Bu foto 2014-cü ildə Yanukovych-in ov mülkündə çəkilib.
Bu foto 2014-cü ildə Yanukovych-in ov mülkündə çəkilib.

Ukraynanın keçmiş prezidenti Viktor Yanukovych-in ov daçası “çöpünədək” qarət olunub.

Anna Shamanska yazır ki, Ukraynanın keçmiş prezidenti Viktor Yanukovych-in ov daçası “çöpünədək” qarət olunub.

Dəbdəbəli villada indi yalnız dörd stol, stullar və divan qalıb.

Xəbər verilir kİ, qarətçilər evə giriş qapısının şüşə hissəsini sındırmaqla giriblər.

Mülkdəki vəziyyəti yoxlayan Denys Tarakhkotelyk TSN televiziyasına deyib ki, evdən nəinki elektrik avadanlıqlar, hətta elektrik rozetlər də aparılıb.

Xəbər verilir ki, əsas mülkdən başqa iki qulluqçunun evlərində və saunada da oğurluq edilib. Saunadan ənənəvi hamam süpürgələrini də götürüblər.

Təkcə yaxınlığıqdakı balaca kilsəyə əl vurmayıblar.

Keçmiş prezidentin ovlaq mülkü, buranı mühafizə edən Kiyev 2 batalyonu şərq cəbhəsinə göndəriləndən, 2015-ci ildən bəri baxımsız qalmışdı.

Qarət bir gündə baş verməyib

Mejihirya adlı daça ərazisinin baxıcısı Tarakhkotelyk deyib ki, qarət bir gündə baş verməyib.

Burada oğru dəstələri də, ayrı-ayrı fərdlər də “işləyib”.

Tarakhkotelyk deyib ki, o özü qarətdən bir həftə əvvəl xəbər tutub. Onun dəstəsi artıq keçən yay qarət olunmuş başqa bir mülkə - keçmiş baş prokuror Viktor Pshonkanın daçasına gözətçilik edirdi.

Tarakhkotelyk orqanlara xəbər eləsə də, prokurorluqdan yalnız iki gün sonra gəliblər.

Onlar keçmiş baş prokurorun evinin qarət olunması ilə bağlı cinayət işi açıblar.

Ukrayna prokurorluğu bildirib ki, mülkün yerləşdiyi torpağın qiyməti 7 milyon hrivnyadır (257 min dollar).

Evin özü isə hələlik rəsmən sahibinin mülkiyyətində sayılır.

Yanukovych-in Mejihiryadakı əsas iqamətgahı ilə bağlı vəziyyət də eynidir.

“Korrupsiya muzeyi”

Texniki baxımdan mülk Yanukovych və dəstəsinin çirkli pulları yuduqları Tantalit şirkətinə məxsusdur.

Keçmiş prezidentin 130 hektarlıq torpağa sahiblik etdiyi yalnız 2014-cü ildə, o Moskvaya qaçandan sonra bəlli olub.

Mejihirya hazırda əsas turist məkanlarından sayılır və bura “korrupsiya muzeyi” də deyirlər.

Hazırda Ukrayna fəalları ölkə prokurorluğunu bu mülklərlə indiyədək məşğul olmadığına görə ittiham edirlər.

“Heç bir iş görülməyib, - deyib Antikorrupsiya Hərəkət Mərkəzinin icraçı direktoru Daria Kalenyuk AzadlıqRadiosuna, - Mejihirya ictimaiyyət üçün açılandan bircə il sonra qəsb olunub. Mülk qiymətdən düşür, bəzən onun adı London hərraclarında çəkilir”.

"Hazırkı prokurorluq bu işə son qoymaq üçün niyyətli görünmür” – deyib Kalenyuk.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG