Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 04:56

Bakıda bina yanğınından 2 il keçir (Video)


2 il əvvəl, mayın 19-da Bakıda çoxmərtəbəli binada yanğında 16 nəfər həlak oldu, 54 nəfər yaralandı. Həmin hadisələr zamanı çəkilmiş videokadrları təqdim edirik:

XATIRLATMA

Bu ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsində həmin olaya görə cinayət məsuliyyətinə cəlb edilmiş 8 nəfərə hökm oxunub. Yanan binanı üzləmiş «Global Construction» və poliuretan üzlükləri buraxmış «Global Stone» şirkətlərinin təsisçisi Miryusif Mahmudov 8 il, «Global Stone» MMC-nin baş direktoru olmuş Uğur Bəşirov 5 il, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyətinin təsərrüfat şöbəsinin keçmiş müdiri Ədalət Rəcəbov və «Global Stone»un keçmiş sədr müavini Ələkbər Əsgərovun hər biri 4 il, binanın yerləşdiyi ərazi üzrə 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov 3 il 6 ay həbs cəzası alıb.

*** Buna da bax:​ 'Yanan bina işi' vəkilləri ortaq fikrə gəldilər

Təqsirləndirilən şəxslərdən iki nəfərə - «Dərnəgül Boru Zavodu» QSC-nin sınaq laboratoriyasında müqavilə əsasında işləmiş, BDU-nun müəllimi Ağacavad Məmmədov və Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyova şərti cəza verilib. Onlar ibtidai istintaq və məhkəmə dövründə də həbsdə olmayıblar.

Həmin bina yanğını ilə əlaqədar məhkəmə önünə çıxarılanlar Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham olunublar.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG