Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:15

Orta hesabla bu il hər gün 45 yanğın olub


Bakıda yanğın

Bu il respublika ərazisində 14 min 785, ayrılıqda Bakıda isə 4463 yanğınolub.

AZƏRTAC-ın xəbərinə görə, bu barədə bu gün, dekabrın 15-də fövqəladə hallar naziri Kəmaləddin Heydərov danışıb. O, Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü münasibətilə keçirilən kollegiya iclasında çıxış edib.

Toplantıda vurğulanıb ki, hər gün orta hesabla 45 yanğın hadisəsinə çıxış olub.

Habelə, qeyd edilib ki, bu il əməliyyat şəraiti daim diqqət mərkəzində saxlanılıb, yanğın hadisələrinin qarşısı alınaraq ağır fəsadlarla nəticələnməsinə imkan verilməyib. Ötən ilin eyni dövrü ilə müqayisədə yaşayış sahələrində baş verən yanğınların sayı (74 hadisə) azalıb.

Ancaq insan ölümü və xəsarət alanlarla bağlı statistika açıqlanmayıb.

Multimedia

XS
SM
MD
LG