Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 11:10

Məhkəmədə keçmiş məmurun vəziyyəti pisləşdi, təcili yardım çağrıldı


Yanan bina.

2012-2013-cü illərlə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzovun durumu məhkəmədə pisləşib. Hadisə dekabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib.

Qəzənfər Novruzov ötən il mayın 19-da Binəqədidə yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğına görə həbs olunub. O, icra başçısının müavini işlədiyi dövrdə binanın poliuretan materiallarla üzlənməsinə imkan verməkdə suçlanır.

Buna da bax:​ Kəmaləddin Heydərovun müavini məhkəməyə çağrıldı

Vəkili Nüşabə Ağayeva AzadlıqRadiosu-na bildirib ki, Qəzənfər Novruzova görə məhkəməyə Təcili Tibbi Yardım çağrılıb. Ona yardım göstəriləndən sonra vəziyyəti nisbətən yaxşılaşıb.

Binəqədi yanğınına görə məhkəmə qarşısına ümumilikdə 8 nəfər çıxarılıb. Onların arasında Qəzənfər Novruzovla yanaşı, binanı üzləyən "Global Construction" və həmin poliuretan üzlükləri buraxan "Qlobal Stone" şirkətlərinin təsisçisi Miryusif Mahmudov, "Qlobal Stone"un baş direktoru Uğur Bəşirov, "Global Construction"ın sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin keçmiş rəisi Nizami Orucov, "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da var. Onlar Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri maddələrilə ittiham olunurlar.

Buna da bax: Yanan binaya görə DTX-ya məktub: 'Təxribat idi...'

XS
SM
MD
LG