Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 17:52

15 nəfərin öldüyü yanğına görə hökm oxunacaq


Azadliq prospektində yanan binanın söndürülmə anı
Gözlə

No media source currently available

0:00 0:00:12 0:00

Azadliq prospektində yanan binanın söndürülmə anı [video]

Azadlıq prospektində 15 nəfərin öldüyü bina yanğını ilə bağlı yarım ildən çox sürən məhkəmə başa çatır.

Yanvarın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində həmin olaya görə cinayət məsuliyyətinə cəlb edilmiş 8 nəfərə hökm oxunacaq.

Məhkəmə prosesində hökmöncəsi mərhələ yaşanır və təqsirləndirilən şəxslər son sözlərini söyləyirlər. Bu 8 nəfərdən 7-si daha öncə son sözünü dediyindən, yanvarın 26-dakı məhkəmə iclasında 8-ci təqsirləndirilən - "Global Stone" MMC-nin baş direktoru olmuş Uğur Bəşirov danışıb.

Buna da bax:​ Binəqədi yanan bina işi: 'O binanı yandırıblar...'

“Global Stone” yanan binaya vurulmuş poliuretan üzlükləri buraxan şirkətdir. Həm bu, həm də binanı üzləmiş “Global Construction” şirkətinin təsisçisi olan Miryusif Mahmudov da yanğına görə həbs olunanlar arasındadır.

“Mənim o binaya heç bir aidiyyətim yoxdur”

Son sözünə yanğında dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verməklə başlayan Uğur Bəşirov ardınca iki ilə yaxın həbsdə olsa da, niyə tutulduğunu, hansı günahın yiyəsi olduğunu hələ də bilmədiyini deyib. Buna əsas olaraq, yanan bina üzlənən dövrdə həmin şirkətdə işləmədiyini bildirib:

"İttiham aktı, ancaq söz yığınından ibarətdir, heç bir sübut-dəlil yoxdur. Qanuna görə, sübutetmə vəzifəsi ittiham tərəfinin üzərindədir. İttiham tərəfi bizim günahkar olduğumuzu sübut etməlidir. Amma ortaya bircə dəlil-sübut qoyulmayıb. Mən şirkətə vəzifəyə gələndə, o binada üzləmə işləri tam başa çatmışdı. İşlər martda yekunlaşıb, mənsə vəzifəyə iyunda təyin olunmuşam. Niyə məni tutub, cavabdeh kimi cinayət məsuliyyətinə cəlb eləyiblər? Axı mən o dövrdə işləməmişəm. Mənim o binaya hec bir aidiyyətim yoxdur”.

Buna da bax:​ Binəqədi yanğın işi: 'Əzizlərimin 3-nü verəndən sonra icradan gəldilər'

O, çıxışının sonunda məhkəmədən bəraət hökmü çıxarmağı xahiş edib.

Ardınca Əfqan Hacıyevin sədrlik etdiyi, Fikrət QəribovSamir Əliyevdən ibarət hakimlər kollegiyası hökm verməkdən ötrü müşavirəyə gedib. Hökmün yanvarın 27-də açıqlanacağı bildirilib.

Xatırlatma

Binəqədidə 2015-ci il mayın 19-da baş verən bina yanğını ilə əlaqədar məhkəmə önünə çıxarılanlara Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham verilib.

Buna da bax:​ 'Yanan bina işi' vəkilləri ortaq fikrə gəldilər

Təqsirləndirilənlər arasında Miryusif Mahmudov və Uğur Bəşirovla yanaşı, "Global Stone” şirkətinin keçmiş sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin keçmiş müdiri Ədalət Rəcəbov, binanın yerləşdiyi ərazi üzrə 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, “Dərnəgül Boru Zavodu” QSC-nin sınaq laboratoriyasında müqavilə əsasında işləmiş, BDU-nun müəllimi Ağacavad Məmmədov, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da var. O birilərdən fərqli olaraq, Ağacavad Məmmədov və Akif Əlibəyov həbsdə deyillər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG