Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:56

"Nicat "gey-parad"a etiraz etdiyi üçün tutulub"- [Video]


Yalçın İmanov: "Nicat mülki geyimli şəxs tərəfindən işgəncələrə məruz qalıb"
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

Yalçın İmanov: "Nicat mülki geyimli şəxs tərəfindən işgəncələrə məruz qalıb"

“Eurovision məhbusu”nun işi Avropa Məhkəməsinə gedir

"Nicata qarşı ittihamlar saxtadır. O, yalnız "Eurovision" ərəfəsində tənqidi fikir və yazılarına görə həbs olunub və uzunmüddətli həbslə cəzalandırılıb".

Bunu "Azadxeber.org" saytının redaktoru Nicat Əliyevin vəkili Yalçın İmanov məhkəmədə çıxışında deyib.

“İŞGƏNCƏLƏRƏ MƏRUZ QALIB”

Aprelin 7-də Ali Məhkəmədə Nicat Əliyevin işi üzrə kassasiya şikayətinə baxılıb. Məhkəmədə məhbus jurnalistin özü iştirak etməyib.

Vəkil Yalçın İmanov kassasiya şikayətinin dəlillərini müdafiə edib. Müdafiəçi şikayətində göstərib ki, Nicat Əliyev 2012-ci il mayın 20-də paltar mağazasında olarkən 20-yə yaxın mülki və polis formalı şəxs dükana daxil olaraq, onun, eləcə də mağazada olan alıcı və satıcıların mobil telefonlarını alıblar. Daha sonra Nicat Əliyevin qoluna qandal vurub, Yasamal rayonu, 27-ci polis bölməsinə aparıblar:

"Orada o, 10 nəfərə yaxın mülki geyimli şəxs tərəfindən təhqirlərə, işgəncələrə məruz qalıb. İşgəncələr nəticəsində Nicat Əliyevin iki dişi sınıb, sol qulağının pərdəsi zədələnib. Nicat Əliyev özü də birinci instansiya məhkəməsindəki ifadəsində göstərdi ki, polis bölməsində onu xeyli döyüb, yaxınlarını da bölməyə gətirib işgəncə verəcəklərilə hədələyəndən sonra qarşısında narkotik və silah qoyub, seçim etməyi tələb ediblər. O da işgəncə və təhdidlər nəticəsində məcburiyyət qarşısında qalıb, cibinə atılan narkotikin ona məxsus olması barədə protokola qol çəkib. Müstəntiqin diqtəsilə yazıb ki, guya narkotiki "Papanin" adlanan ərazidən keçərkən körpünün yanında yerdən tapıb, istifadə etmək məqsədilə götürüb. Bədənindəki xəsarət izləri getsin deyə, onu 7 gündən sonra istintaq təcridxanasına köçürüblər".

“QEYRİ-HÜQUİ SİFARİŞİN TƏXƏYYÜLÜ”

Nicat Əliyev
Nicat Əliyev

Vəkilin sözlərinə görə, həbsindən 7 ay sonra Nicat Əliyevə yeni ittihamlar irəli sürülüb:

"Nicat Əliyevə istinad edilən cinayət əməlləri qeyri-hüquqi sifarişin təxəyyülüdür".

Yalçın İmanov onu da qeyd edib ki, həbsindən əvvəl Nicat Əliyev təhdid olunurdu:

"Həbs olunan günə qədər e-mail ünvanına təhdid xarakterli məkublar gəlirdi. Həmin məktublarda o, hazırda həbsdə olan dindar Hacı Abgül Süleymanov və digər həbs olunanların vəziyyətinə salınacağı ilə hədələnib. Nicat Əliyev bu barədə məqalə də yazıb, hakimiyyətin islamofob siyasətini kəskin tənqid edib, həbsindən əvvəl dəfələrlə keçmiş MTN-ə çağrılıb və dini əqidəsi ilə bağlı sorğu-sual edilib".

İnqilab Nəsirovun sədrlik etdiyi hakimlər kollegiyası kassasiya şikayətini təmin etməyib.

___________________________________________________________

Bunlara da bax:
Bakıda pul qazanan aşıq: "Kasıbçılıqdı. 4 uşağım var"- [Video]
Ombudsman: “Dollar kreditləri ilə bağlı şikayətlər artıb”

___________________________________________________________

“YEGANƏ GÜNAHI ETİRAZ ETMƏK OLUB”

Yalçın İmanov AzadlıqRadiosuna bildirib ki, Nicat Əliyev yalnız ifadə azadlığı hüququndan istifadə etdiyinə görə uzunmüddətli ağır cəzaya məruz qalıb:

"Nicat Əliyevin yeganə "günahı" 2012-ci ilin mayında Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsi zamanı bu məzmunda tənqidi çıxış və məqalələri, o cümlədən "gey-parad"a etiraz etməsi olub. Hesab edib ki, əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanda xalqın dini inancına görə bu cür paradların keçirilməsi yolverilməzdir. Məhz bu mövqeyinə görə o və daha 9 nəfər həbs olundu, ağlagəlməz işgəncələrə məruz qaldı və uzunmüddətli həbs cəzasına məhkum edildi".

Vəkil qeyd edib ki, Ali Məhkəmənin qərarını alandan sonra Avropa Məhkəməsinə müraciət olunacaq:

"Nicat Əliyev yerli və beynəlxalq hüquq-müdafiə təşkilatlarının Azərbaycan hökumətindən azadlığa buraxılmasını tələb etdiyi şəxslərdən biridir. O, "Eurovision məhbusu" adlandırılır. Ümid edirdim ki, son vaxtlar siyasi məhbuslara münasibətdə müşahidə olunan yumşalma ona qarşı da olacaq. Amma bu baş vermədi".

Nicat Əliyev CM-nin 234.1-ci (narkotik), 281-ci (dövlət əleyhinə çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib. Nicat Əliyev və onunla birlikdə mühakimə olunan daha doqquz dindar hakimiyyətin siyasətini tənqid edən vərəqə və videodisklər yaymaqda günahlandırılır.

Buna da bax: "Molla Nəsrəddin" jurnalı: "Lazım gəlsə, vuruşaram"

Mirzə Cəlil yazırdı: "Lazım gəlsə, vuruşaram..."
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

XS
SM
MD
LG