Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 23:00

Son günlər yağların qiymətinin artdığı bildirilir. Bu barədə paytaxt sakinləri AzadlıqRadiosu-na bildiriblər.

Onlar xüsusilə ölkəyə idxal edilən “Westgold”, “Anchor” yağlarında ciddi qiymət artımının müşahidə edildiyini bildiriblər. Alıcıların demələrinə görə, iyul ayında 1 kiloqram “Westgold” yağı 15 manat 20 qəpiyə olub. Bu yağ avqustun ortalarında 16 manat 20 qəpiyə, hazırda isə 17 manat 50 qəpiyə satılır.

Buna da bax:​ Benzindən sonra qiymətlərdə artım var... [video]

Alıcılar manatın məzənnəsinin sabit qaldığı halda, ölkəyə idxal edilən yağların qiymətinin artmasını heç cürə başa düşmədiklərini söyləyiblər. Mağaza satıcıları isə, qiymətin topdansatış məntəqələrində bahalandığını bildiriblər.

Son iki ayda manatin məzənnəsi sabitləşib. Bu il isə ümumilkdə manat dollara nisbətən 4 faiz bahalaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG