Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Avqust, Cümə, Bakı vaxtı 12:39

101 yaşlı Cümhuriyyət


Azərbaycan parlamentinin iclası. 1918

Bu gün, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (XC) yaranmasından 101 il ötür.

Xalq Cümhuriyyətinin paytaxtı əvvəlcə Tbilisi, daha sonra Gəncə olub. 1918-ci il sentyabrın 15-də Bakı Sentrokaspi Diktaturasından azad edildikdən sonra Xalq Cümhuriyyətinin paytaxtı ora köçürülüb.

Bu dövlət Şərq ölkələri arasında ilk dəfə qadınlara səsvermə hüququ tanıyıb.

1918-ci il noyabrın 9-da onun üçrəngli bayrağı qəbul edilib. Məhz XC dövründə Azərbaycanda ilk ali məktəb açılıb.

23 aylıq fəaliyyətdən sonra 1920-ci il aprelin 27-də Rusiyanın silahlı müdaxiləsi ilə süqut edib.

1991-ci il noyabrın 18-də Azərbaycan öz müstəqilliyini yenidən bəyan edib. Həmin vaxt Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi elan edilib.

1992-ci ildən Azərbaycanda mayın 28-i Respublika Günü kimi qeyd edilir.

Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal abidəsi ucaldılıb.

Cəmil Həsənli: “Cümhuriyyəti Ermənistana torpaq verməkdə qınamaq acizlikdən irəli gəlir”
Gözlə

No media source currently available

0:00 0:30:02 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG