Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Xorvatiyada prezident, Özbəkistanda parlament seçkiləri


Xorvatiya, Zaqrebdə seçki məntəqəsi, 22 dekabr 2019
Xorvatiya, Zaqrebdə seçki məntəqəsi, 22 dekabr 2019

Xorvatiyada prezident, Özbəkistanda parlament seçkiləri keçrilir. Xorvatiyada prezident postu uğrunda 11 namizəd mübarizə aparır. Rəy sorğularına görə favoritlər ölkənin hazırkı prezidenti Kolinda Grabar-Kitaroviç, respublikanın keçmiş baş naziri, müxalif Sosial Demokrat Partiyasından namizəd olan Zoran Milanoviç və müğənni və musiqiçi Miroslav Şkorodur.

Xorvatiya Seçki Komissiyasının məlumatına görə, bu seçkilərdə xaricdə yaşayanlar da daxil olmaqla dörd milyona yaxın seçici səs vermək hüququna malikdir.

Əgər birinci turda namizədlərdən heç biri 50% -dən çox səs almasa, 14 gündən sonra ikinci tur keçiriləcəkdir. İlk turda ən çox səs toplayan iki iddiaçı iştirak edəcək.

Özbəkistanda parlament seçkisi

Özbəkistanda parlament seçkiləri, 22 dekabr 2019
Özbəkistanda parlament seçkiləri, 22 dekabr 2019

Şavkat Mirziyoyevin hakimiyyətə gəlməsindən sonra Özbəkistanda ilk parlament seçkiləri keçirilir.

Ölkəni 30 il idarə edən avtoritar İslam Kərimovun ölümündən sonra 2016-cı ildə hakimiyyətə gələn Mirziyoyev bir sıra islahatlar vəd edib.

Amma analitiklər Özbəkistanda 20 milyon seçicinin yenidən məhdud seçimlə üzləşəcəyini söyləyirlər.

Parlament seçkilərində ümumilikdə beş siyasi partiyanın iştirak etdiyi bildirilir.

"Yeni Özbəkistan, Yeni Seçkilər" şüarı altında keçirilən seçkilərdən Mirziyoyev millət vəkillərini siyasətdə daha çox rol almağa çağırıb.

Özbəkistan Liberal Demokrat Partiyası 150 yerlik (LDPU) hazırda parlamentdə 52 yer tutur. İkinci yerdə 36 yerlə Milli Dirçəliş Partiyası, 3-cü yerdə 20 deputatla Ədalət Sosial Demokrat Partiyasıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG