Keçid linkləri

Təcili xəbərlər
2019, 06 Dekabr, Cümə, Bakı vaxtı 07:33

Xırdalan yolunda qəza olub, yaralılar var


Arxiv foto

Noyabrın 7-də axşam saatlarında Bakı-Xırdalan istiqmətində işləyən 119 saylı marşrut qəzaya uğrayıb. Nəticədə 8 nəfər yaralanıb. Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən bildiriblər.

Verilən bilgiyə görə, hadisə yerində olan BNA əməkdaşlarının şahidlərin ifadələri əsasında gəldikləri ilkin rəy budur ki, qəzaya səbəb minik avtomobilinin qəfil avtobusun qarşısına çıxması olub.

Agentlik hadisənin dəqiq başvermə səbəbinin müvafiq qurumların araşdırmasından sonra məlum olacağını bildirib.

Səhiyyə Nazirliyidən isə bildiriblər ki, qəza nəticəsində yaralanan2 nəfər Respublika Klinik Xəstəxanasına, 6 nəfər isə Klinik Tibbi Mərkəzə aparılıb.

Bakıda ictimai nəqliyyatda qəzaların baş verməsinə səbəb olaraq daha çox sürücülərin sürətli idarə etməsi, yol hərəkəti qaydalarını pozması göstərilir. Oktyabrda Binədə avtobusun qatarla toqquşması nəticəsində ölən və yaralananlar olmuşdu.

O zaman ictimai nəqliyyatdakı problemə prezident İlham Əliyev də toxunmuşdu və özəl şirkətlərin fəaliyyətini tənqid etmiş, onlarla bağlı tapşırıq vermişdi. Bu yaxınlarda BNA rəsmisi mətbuata açıqlamasında deyib ki, paytaxtda ictimai nəqliyyatın 85 faizinin dövlət qurumuna verilməsi, yerdə qalan 15 faizinin tələblərə uyğun gələn özəl şirkətlərə verilməsi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG