Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 14:56

XİN ABŞ Dövlət Departamentə cavab verib


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti iyulun 22-də ABŞ Dövlət Departamentinin “ABŞ-ın COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə demokratiya, yaxşı idarəetmə və insan hüquqlarına dəstəyi” adlı informasiya bülletenində Azərbaycanla bağlı hissəyə aid qeydlərə cavab verib.

Nazirliyin Mətbuat xidməti idarəsinə yönələn sualda bildirilir ki, Dövlət Departamenti Azərbaycan hakimiyyətini COVID-19-a qarşı görülən tədbirlərin vətəndaş cəmiyyəti təbliğatını, müxalif səsləri və ya ictimai müzakirələri susdurmaq üçün istifadə edilməməsini təmin etməyə çağırıb.

"George Floydun ölümündən sonra hazırda bütün dünya ictimaiyyəti ABŞ-ı bürüyən iğtişaşlar səbəbindən bu ölkədəki vəziyyətə görə narahatdır. Belə bir şəraitdə ABŞ Dövlət Departamenti kimə və nəyə görə narahatdır, bunu başa düşə bilmirik" - XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva qeyd edib.

Xatırlatma

İyulun 20-də ABŞ Azərbaycan hakimiyyətini COVİD-19-a cavab olaraq atılan addımlardan vətəndaş cəmiyyətini, müxalifət və ya ictimai tənqidi susdurmaq üçün istifadə olunmamasını təmin etməyə çağırıb.

Sənəddə bildirilirdi ki, Azərbaycan hakimiyyəti müxalifət üzvləri və hökumətin digər tənqidçilərini təqib və həbs edərək psixiatriya xəstəxanasına yerləşdirib.

Sənəddə habelə qeyd olunub ki, ABŞ COVİD-19 pandemiyasına qarşı qlobal mübarizədə demokratiyanın və insan hüquqlarının qorunmasına sadiqdir.

Dövlət Departamenti hesab edir ki, insan hüquqlarına, əsas azadlıqlara, demokratik institutlara, qanunun aliliyinə hörmət və müdafiə edən cəmiyyətlər böhranlara daha səmərəli reaksiya verirlər.

Sənəddə qeyd olunur ki, COVİD-19-la mübarizədən siyasi opponentlərə qarşı repressiya üçün bəhanə kimi istifadə edilməməlidir.

Multimedia

XS
SM
MD
LG