Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 12:24

XİN-in keçmiş əməkdaşları həbsdə qaldı


DTX, XİN-nin əməkdaşlarını belə yaxaladı
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

DTX, XİN-nin əməkdaşlarını belə yaxaladı

Xarici İşlər Nazirliyinin (XİN) bir həftə öncə həbs olunan üç vəzifəlisindən ikisi - İşlər İdarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Molla-zadə və Konsulluq İdarəsinin şöbə rəisi Nurupaşa Abdullayev bu qərardan narazı qalaraq apellyasiya şikayəti vermişdi. İyulun 9-da Bakı Apellyasiya Məhkəməsində onların şikayətinə baxılıb.

Adları çəkilən XİN əməkdaşlarının apellyasiya şikayətlərində ibtidai istintaq dövründə onların azadlıqda olması, bu dövr üçün barələrində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi istənilib.

"Apellyasiya məhkəməsində də vəkilləri deyib ki, onların istintaqdan yayınmaq niyyətləri yoxdur. Azadlıqda qalsalar, istintaqın gedişinə maneçilik törətməyəcəklər. Onların həbsdə saxlanmasına zərurət yoxdur. Təhsilli adamlardır, uzun illər vəzifədə işləyiblər. Amma DTX-nın müstəntiqi onların azadlığa buraxılmasına etiraz edib, şikayətlərinin təmin edilməməsini istəyib", - AzadlıqRadiosunun əldə etdiyi məlumatda bildirilir.

İlqar Murquzovun sədrlik etdiyi hakimlər kollegiyası şikayəti təmin etməyib.

Xatırlatma

F.Molla-zadə və N.Abdullayev iyulun 3-də DTX-nın nazirlikdə keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Onlarla yanaşı, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə də tutulub. Onların hər üçünün barəsində Səbail Rayon Məhkəməsinin qərarıyla ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

F.Molla-zadə və S.Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. N.Abdullayevə isə yalnız rüşvət alma ittihamı verilib. Onlar tenderlərdə tanış adamların yaratdığı şirkətləri qalib elan edib, həmin şirkətlərin hesabına köçürülmüş vəsaitlərin bir hissəsini geri alıb mənimsəməkdə, xarici ölkə vətəndaşları üçün rüşvətlə viza düzəltməkdə suçlanır.

XİN əməkdaşlarının özləri və ya vəkillərinin bu ittihamlara münasibəti məlum deyil. Lakin DTX-nın yaydığı videogörüntülərdə F.Molla-zadənin istintaqa ifadəsindən bir parça yer alıb. Həmin ifadədə o, tenderlər vasitəsilə korrupsiyaya yol verdiklərini etiraf edir və buna görə peşman olduğunu söyləyir.

Bu maddələrlə 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Həbs olunanlar DTX-nın istintaq təcridxanasında saxlanılır.

Multimedia

XS
SM
MD
LG