Keçid linkləri

2017, 13 Dekabr, çərşənbə, Bakı vaxtı 07:08

Xəzər dənizində daha bir meyit tapılıb.

Cəsədin 2016-cı il dekabrın 15-də itkin düşən neftçilərdən birinin olub-olmadığı araşdırılır. Bu barədəaprelin 9-u itkin düşənlərin axtarışı üzrə yaradılan Qərargahın məlumat yayıblar.

“Tapılan meyitin, «Azneft» İsthsalat BirliyininN.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”-deyə məlumatda qeyd edilir.

Xatırlatma

2016-cı il dekabrın 15-də qasırğaNərimanov adına Neft Qaz Çıxarma İdarəsinin estakadasını uçurması nəticəsində 10 neftçi dənizə düşüb. Onlardan birinin həmin gün, 5- nin isə sonrakı günlər cəsədi tapılıb ailəsinə verilib. Digər neftçilər rəsmən, hələ də itkin sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG