Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:17

Xəstənin ölümündə həkim günahkar bilindi


Cəfər Quliyev
Cəfər Quliyev

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında baş verən ölüm hadisəsində həkim təqsirli bilinib.

APA xəbər verir ki, Səhiyyə Nazirliyində yaradılan xüsusi komissiyanın rəyində iyunun 26-daxəstəxanada vəfat edən Lumu Veyisovanın ölümünə əməliyyat xətasının səbəb olduğu qeyd edilir.

Komissiyanın rəyində deyilir ki, əməliyyat zamanı xəstənin öd kisəsi çıxarılıb, damarlar bağlanıb: «Öd kisəsinin yatağı təmizlənərkən qanaxma başlayıb. 3 gün xəstəxanada qalan xəstə iyunun 29-da bütün yardımlara və cəhdlərə baxmayaraq ölüb».

Əməliyyatı icra edən 81 yaşlı həkim Cəfər Quliyev vəzifəsindən azad olunub, xəstəxananın baş həkimi Rauf Sadıqova isə töhmət verilib.

Xəstənin yaxınları Lumu Veyisovanın ölümündə həkimi günahlandırırdılar. Onlar iddia edirlər ki, həkim yaşlı olduğu üçün əlləri əsdiyindən xəstənin damarlarını kəsib. Qanaxma bu səbəbdən yaranıb, - deyə xəstə yaxınları mətbuata bildiriblər.

Səhiyyə Nazirliyi 81 yaşlı həkimin indiyə kimi işləməsini onun elmi nailiyyətləri ilə bağlayıb. Cəfər Quliyev «Şöhrət» ordeni ilə təltif olunmuş həkimlərdəndir.

Buna da bax: «Bizdə həkim səhvlərindən nəticə çıxarılmır»

Son vaxtlar Azərbaycan səhiyyəsindən tez-tez şikayətlər eşidilir.

İyunun 24-də Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzində bir həkim şəkər xəstəsi olan yaşlı xəstənin iltihablı sol ayağı əvəzinə, sağlam sağ ayağını kəsmişdi. Sonradan həmin xəstənin digər ayağı da əməliyyat olundu. Cərrah isə istintaqda ifadə verdikdən sonra sərbəst buraxıldı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG