Keçid linkləri

Təcili xəbərlər
2019, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 21:18

Xələf Xələfov hökumət Aparatının rəhbəri oldu


Xələf Xələfov

Xələf Xələfov Azərbaycan Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib.
Baş nazir Novruz Məmmədov bununla bağlı dekabrın 13-də sərəncam verib.

Xələf Xələfov elə bu gün, dekabrın 13-də prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan xarici işlər nazirinin müavini vəzifəsindən azad edilmişdi.

***

Bundan əvvəl verilmiş xəbərdə deyilirdi ki, Xələf Xələfov Azərbaycan xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bu gün, dekabrın 13-də bununla bağlı sərəncam imzalayıb.

Xələf Xələfov 1983-cü ildən 1990-cı ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyində çalışıb.

O, 1991-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyində fəliyyətə başlayıb.

1997-ci ildən isə xarici işlər nazirinin müavini idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG