Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:43

Xələf Xələfov əvvəlki vəzifəsinə qaytarıldı


Xələf Xələfov, 2 aprel 2014

Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov xarici işlər nazirinin müavini təyin edilib. Habelə ona sərhədlər və Xəzər dənizi məsələləri üzrə Prezidentin xüsusi nümayəndəsi işinin həvalə edildiyi bildirilir.

X.Xələfov 1997-ci ildən 2018-ci ilin dekbarına kimi xarici işlər nazirinin müavini postunu tutub.

2018-ci ilin sonunda O, Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilmişdi.

Ekspertlər X.Xələfovun nazir müavini vəzifəsinə qayıtımasını Gürcüstanla sərhədlərdə delimitasiya və demarkasiya işlərinin aktuallaşdıırlması ilə əlaqələndirirlər. Delimitasiya sərhəddin yenidən müəyyən edilməsi, demarkasiya isə daimi sərhədlər müəyyənləşənə qədər ayıran xəttin (zolaq) çəkilməsidir.

Multimedia

XS
SM
MD
LG