Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:43

Xədicə İsmayılova 'Nobel mükafatına alternativ' 'Dürüst Həyat' mükafatına laureat seçilib


Xədicə İsmayılova araşdırmaçı jurnalist
Xədicə İsmayılova araşdırmaçı jurnalist

Sentyabrın 26-da "Nobel mükafatına alternativ" "Dürüst Həyat" (Right Livelihood) laureatının adı açıqlanıb. 2017-ci ildə bu mükafata Azərbaycandan olan araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılova layiq görülüb. Mükafat jurnalistə "cəsarət və sədaqətinə, yüksək çinli məmurların korrupsiyasını aşkara çıxaran yazılarına görə verilir".

Xədicə İsmayılova deyib ki, belə bir nüfuzlu mükafata layiq görülmək onun üçün şərəflidir:

"Mən bu mükafatı çətin şəraitə baxmayaraq, işini davam etdirən bütün jurnalist və hüquq müdafiəçilərinin adından qəbul edirəm".

Xədicə İsmayılova ölkə prezidenti İlham Əliyevin gizli ailə biznesini üzə çıxaran araşdırmalar edib, korrupsiyanı aşkara çıxarıb. Onun araşdırmalarından biri də hakim ailəyə məxsus şirkətlə İsveçin TeliaSonera şirkəti arasındakı korrupsiya qalmaqalıdır. İsmayılovanın son araşdırmalarında Avropalı siyasətçilərin "necə ələ alınması"nın üstünü açıb.

Buna da bax: 'Pulyuyan maşın'dan Merkel-in müttəfiqinin adı çıxdı​

Münsiflər heyəti vurğulayıb ki, Xədicə jurnalist fəaliyyətindən başqa həm də Azərbaycandakı siyasi məhbus ailələrinə maddi və mənəvi yardım göstərir.

"Dürüst Həyat" mükafatının qalibinin adı sentyabrın 26-da İsveçdə Beynəlxaql Mətbuat Mərkəzində elan olunub. Tədbirə İsveçin Xarici İşlər Nazirliyindən, "Right Livelihood" Mükafatı Fondunun icraçı direktoru Ole von Uexkull, münsiflər heyyəti və digərləri qatılıb.

Ole von Uexkull deyib ki, Xədicə İsmayılova şantaj, hədə və saxta ittihamlarla 1.5 il həbs olunmasına baxmayaraq, işini davam etdirib:

"Bütün bunlara baxmayaraq, Xədicə təslim olmayıb və hakim elita ilə bağlı araşdırmalarını davam etdirib. Onun yazıları sayəsində biz bildik ki, Avropa siyasətçiləri biznes, korrupsiya və rüşvətlə necə Azərbaycana bağlıdılar".

315 min avroluq mükafat Xədicə, Hindistandan olan insan haqları üzrə hüquqşünas Colin Gonsalves və Efiopiyayadan olan fəal Yetnebersh Nigussie arasında bərabər böünəcək.

Bu mükafat 1980-ci ildə təsis olunub. İndiyə kimi 69 ölkədən 170-ə qədər luareatı olub. Bu ilki mükafata isə 51 ölkədən 102 nəfər naziməd olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG