Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Avqust, bazar, Bakı vaxtı 21:34

Xədicə İsmayılın şikayəti Avropa Məhkəməsində


Xədicə İsmayıl prokurorluqda dindirildikdən sonra. 19 iyun 2017

Araşdırmaçı jurnalist, AzadlıqRadiosu-nun əməkdaşı Xədicə İsmayılın ölkədən çıxışına qadağa qoyulmasından Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib.

Bu haqda jurnalistin hüquqlarını qoruyan Avropa İnsan Haqlarının Müdafiə Mərkəzinin (ingiliscə - European Human Rights Advocacy Centre (EHRAC)) saytı xəbər verir.

Xəbərdə bildirilir ki, Xədicə İsmayıl həbsdən azad edilsə də hökumət onun ölkədən çıxışına yasaq qoyub. Vəkilləri hesab edir ki, bu yasaq X.İsmayılın jurnalist fəaliyyətini əngəlləməyə, onu cəzalandırmağa xidmət edir.

Buna da bax: Xədicə İsmayıl da Əfqan Muxtarlı işinə görə ifadə verib

Avropa İnsan hüquqları Məhkəməsinə göndərilən şikayətdə vurğulanır ki, jurnalistin ölkədən çıxışına yasaq qoyulması onun Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqlarını pozur. Vəkillər hesab edir ki, X.İsmayılın Konvensiyanın 4-cü protokolunun 2-ci (hərəkət etmək azadlığı), 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri), 10-cu (ifadə azadlığı) və 13-cü (səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələrində nəzərdə tutulan hüquqları pozulub.

Buna da bax: Kanadadakı gürcü şerif indi də mer olmaq istəyir

Məhkəmədən qeyd olunan pozuntuların tanınması və kompensasiya edilməsi istənilir.

EHRAC Böyük Britaniyada yerləşir. Təşkilat Middlesex Universiteti nəzdində fəaliyyət göstərir.

Buna da bax: 'Danışmaq yasaqdır' [karikatura]

Təşkilat bundan öncə Leyla və Arif Yunusları, hüquq müdafiəçiləri Rəsul Cəfərovu, İntiqam Əliyevi, vəkil Əlayif Həsənovu da Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edib.

Xatırlatma

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilirdi.

Lakin jurnalist, ittihamları qəbul etmirdi və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirirdi.

X.İsmayıl Ali Məhkəmənin qərarı ilə ötən il mayın 25-də 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılıb. Bəzi ittihamlar onun üzərindən götürülüb.

Həbsdən çıxdıqdan sonra onun ölkədən çıxışına yasaq qoyulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG