Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:46

Xaricə valyuta köçürülməsi sərtləşdirilir


Dollar

Azərbaycandan kənara xarici valyutanın köçürülməsi proseduru daha da sərtləşdirilir.

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun yeni əmrinə görə, rеzidеnt və qeyri-rezident fiziki şəxs Azərbaycandan kənara bank hesabı açmadan bir əməliyyat günü ərzində 1000 АBŞ dolları köçürə biləcək.

Ay ərzində isə 10000 dollar ekvivalentinədək məbləğ köçürməsinə icazə veriləcək.

Yeni qaydalara əsasən, xarici valyuta ilə əməliyyatlar zamanı bu limit xaricdə yaşayan yaxın qohumlara (hətta həyat yoldaşları və valideynlər, uşaqlardan başqa) vəsait köçürmələrə də aiddir.

Əmrdə xarici biznes tərəfdaşları ilə etibarnamə əsasında çalışan və müqavilə çərçivəsində külli miqdarda vəsait köçürən fiziki şəxslərlə bağlı vəziyyətin necə olacağı göstərilməyib. Həmçinin, bir çox digər suallara, o cümlədən xarici tibbi klinikalara köçürmələrlə bağlı suala cavab yoxdur.

Sənəd dekabrın 8-dən etibarən qüvvəyə minir.

XS
SM
MD
LG