Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:16

Xaricdəki iranlı jurnalistlərin ölümlə hədələndiyi bildirilir


Londonda mənzillənmiş Iran International TV-nin studiyalarından birində
Londonda mənzillənmiş Iran International TV-nin studiyalarından birində

Sərhədiz Müxbirlər (Reporters Without Borders - RSF) təşkilatı bildirir ki, xaricdə İranın mühacir mediasında, habelə farsdilli beynəlxalq mediada çalışan İran jurnalistlərinin “təhdid edilməsindən” ciddi narahatlıq keçirir.

Yanvarın 22-də yaydığı açıq məktubda Parisdə mənzillənmiş media azadlığı gözətçisi Britaniya, Fransa, Almaniya, Niderland, Çexiya, İsveç və Birləşmiş Ştatların liderlərini belə hədələri qətiyyətlə pisləməyə və təhdid edilən jurnalistlərin mühafizəsinə çağırıb.

Məktubda bu da deyilir ki, Qərb liderləri fundamental xəbər və informasiya azadlığının müdafiəsi üçün İran hökuməti ilə birbaşa dialoqa girməlidirlər.

Təşkilat bildirir ki, İranın özündə yerli media, son etirazlar da daxil baş verənlər barədə məlumatlar vermək imkanından məhrumdur, beləki hakimiyyət orqanlarının sərt nəzarəti altındadır.

Sərhədiz Müxbirlər təşkilatı bildirib ki, indi İran hakimiyyəti bir çox iranlılar üçün müstəqil informasiya mənbəyi olan BBC, Amerikanın səsi, AzadlıqRadiosu, Alman Dalğası, Radio France Internationale və Zəmanə Radiosunun farsdilli redaksiyalarında çalışanları hədələmək qərarına gəlib.

Elə küçədəncə oğurlamaq

Məktubda deyilir ki, hədələnən media qurumlarının arasında I xəbər saytları kimi mühacir medran international və Manoto TV kanalları, Kayhan London və IranWireiaları da var.

Xəbər verilir ki, xaricədki iranlı jurnalistlərə qarşı kiberhücumlardan, sosial mediada təhqirlərdən və hədələrdən istifadə olunur.

Londonda çalışan müxbirlərin “elə küçədəncə oğurlanaraq İrana qaçırılacaqları” ilə hədələndikləri bildirilir.

Təşkilatın məktubunda deyilir ki, Avropada və ABŞ-da yaşayan 200-dək iranlı jurnalist təhdid olunub. Onlardan 50-sinin ölümlə hədələndiyi deyilir.

Bu da xəbər verilir ki, İran hakimiyyət orqanları xaricdə işləyən və yaşayan iranlı jurnalistlərin İrandakı yaxınlarını və qohumlarını təqib edir.

XS
SM
MD
LG