Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:38

Xaçmazda bina qadağan olunmuş üzlüklə üzlənir


Khachmaz building covered foam (penoplast) plastic covering. Azerbaijan. may2017
Khachmaz building covered foam (penoplast) plastic covering. Azerbaijan. may2017

Xaçmazlılar narahatdır:

"Binanı penoplastla üzləyirlər. Görünür, 3 il əvvəl o qədər insanın faciəsiylə bitən hadisə bəzi məmurlara görk olmayıb. Axı, 15 nəfərin ölümünə səbəb olmuş bu penoplastdan istifadəyə qadağanı şəxsən prezident qoymuşdu. Necə olur ki, indi binaları yenidən bu materiallarla üzləməyə başlayırlar?"

Buna da bax:​ 'Göndəriş vərəqəsini aldılar, özümü yola saldılar'

“KİM CAVAB VERƏCƏK?”

Xaçmazda - Nəriman Nərimanov prospektindəki 74 saylı binanın penoplastla üzlənməsi sakinlərin narahatçılığına səbəb olub. Onlar AzadlıqRadiosu-na danışırlar ki, 5 mərtəbəli, beş bloklu binanın qarşısından keçəndə 3 il əvvəl Binəqədidə baş vermiş və insan ölümü ilə nəticələnmiş yanğını xatırlayırlar. Anar Hüseynov:

"Əvvəl sevindik ki, şəhərin mərkəzindəki binalar təmir olunur. Sonra gördük, yalnız görüntü üçün üzlük vurulur. Daha sonra bu üzlüyün binaların üzlənməsində istifadəsi yasaqlanmış materialdan olduğunu biləndə vahiməyə düşdük. Hansı məmur zəmanət verir ki, Binəqədi hadisəsi Xaçmazda da təkrarlanmayacaq? İnsanlar o binada necə rahat yaşaya biləcəklər? Bir faciə baş versə, kim cavab verəcək?"

Buna da bax:​ Yağış bir yaşayış massivinin sakinlərini dilə gətirdi

Xaçmazda bina bu üzlük materialla üzlənir.
Xaçmazda bina bu üzlük materialla üzlənir.

Sakinlər üzlüyün sökülməsiylə bağlı Xaçmaz şəhər icra hakimiyyətinə müraciət ediblər. Lakin işlər əvvəlki qaydada davam edir. Artıq binanın xeyli hissəsi üzlənib.

“ZƏMANƏTİ NAZİRLİK VERSİN”

Xaçmaz şəhər icra hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov AzadlıqRadiosu-na bildirib ki, binaya üzlük kimi vurulan penoplastın istifadəyə yararlığına dair Fövqəladə Hallar Nazirliyinin müsbət rəyi var:

– Bizdə sənədlər də var ki, o materiallardan istifadə etmək olar. İstəsəniz, sizə göndərə də bilərik.

Buna da bax:​ Torpağın 'İpək yolu'na düşübsə, ondan əlini üz...

– Binada hər hansı yanğın hadisəsi çıxarsa, insanların zərər çəkməyəcəyinə zəmanət verirsinizmi?

– Zəmanəti biz niyə veririk ki, nazirlik versin.

Ötən ilin sentyabrında Xaçmazın çoxmənzilli binalarının əsaslı təmiri üçün Prezidentin Ehtiyat Fondundan 3 milyon manat ayrılıb. Sakinlərsə iddia edirlər ki, məmurların binaları bir neçə dəfə ucuz başa gələn və təhlükəli üzlüklərlə üzləməkdə məqsədi ayrılmış pulların böyük qismini mənimsəməkdir.

Buna da bax:​ 'Niyə ayda 10 manat xərcə düşməliyəm?'

Qeyd edək ki, 2015-ci il mayın 19-da Binəqədidə 16 mərtəbəli binada yanğın baş verib. Azyaşlılar da daxil olmaqla, 15 nəfərin ölümü, 50 nəfərin xəsarət alması ilə nəticələnən yanğının şiddətlənməsinə binanın penoplast üzlüyünün səbəb olması üzə çıxıb. Bu material həm də yanğından zəhərlənmələrdə böyük rol oynamışdı. Üzlük istehsal edən müəssisənin rəhbərliyindən və Binəqədi rayon icra hakimiyyətindən bir neçə nəfər həbs olunub. Bu yaxınlaradək davam edən məhkəmədə həmin şəxslər 3 il 6 aydan 8 ilədək azadlıqdan məhrum edilib. Ondan əvvəlsə eyni səbəbdən Xətai rayonu ərazisindəki yataqxana yanmışdı.

XS
SM
MD
LG