Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 18:29

Xaçmazda yanğında 5 mindən çox cücə tələf olub


arxiv foto

Aprelin 14-də Xaçmaz rayonundakı bir quşçuluq fermasında yanğın baş verib.

Yanğın rayonun Cığatay kəndində qeydə alınıb.

AZƏRTAC-ın məlumatına görə, yanğın zamanı 5 mindən çox cücə tələf olub.

Ümumi sahəsi 500 kvadratmetr olan fermanın 200 kvadratmetri yanıb. Yanğının söndürülməsindən ötrü əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz yanğından mühafizə hissəsinin üç yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Xəbərdə habelə qeyd edilir ki, üç yüz kvadratmetr ərazi yanğından mühafizə olunub, alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Multimedia

XS
SM
MD
LG